Uşaqlarda Davranış Pozuntusu Necə Aşkarlanır ?

0
5806
Uşaqlarda Davranış Pozuntusu Necə Aşkarlanır ?

Uşaqlarda tez – tez rast gəlinən davranış pozuntuları hansılardır? Davranış pozuntusu necə müalicə olunur ? Davranış pozuntusu  olan uşağa necə yaxınlaşmalı? kimi suallara mütəxəssislər belə cavab verir: 

Valideynlik təcrübəsi olan bir çoxlarının əsasən şikayətləndiyi uyğunsuz davranışlar bunlardır: dırnaq yemə, yalan söyləmə, icazəsiz kiminsə əşyasına götürmə, tiklər, yatağını islatma, kəkələmə, barmaq əmmə, özünə və ya ətrafa vurma, yeyilməsi mümkün olmayan şeylər yemə (saç, kağız), gecə qorxuları, kabuslu yuxugörmələr, diqqət dağınıqlığı və s.  Bu kimi narhatlıqların meydana gəlməsinə səbəb olan əsas problemlərlə necə ki valideynlər başa çıxmaqda çətinlik çəkir, eləcə də uşaqlar üçün bu çox cətindir.  Onlar məsələni  təkbaşına həll edə bilmədikləri üçün gərginlik və emosional sarsıntı keçirərlər, uyğun olaraq da yuxarıda sadalanan  davranış pozuntuları nümayiş etdirirlər. 
 
Sosial uyumsuzluq problemi yaşayan uşaqlarımıza qarşı edəcəyimiz ən yanlış şey onları bu davranışları etməsindən çəkindirmək olacaqdır. Zamanla çətinliklə də olsa hər hansı xoşagəlməz hərəkətini təkrarlamayan uşaq sonradan bu davranışı başqası ilə əvəz edər. Bəs bu halda nə etmək lazımdır? 
 
Davranışında problem olduğunu düşündüyünüz uşağın sizə nə demək istədiyini anlamağa cəhd edərək, əslində diqqətinizi nəyə yönəltməyə çalışdığına fikir verin. Bunları başa düşə bilməyiniz üçün səbirli və enerjili olun.  Uyğunsuz davranışa diqqətinizi yönəltməkdənsə, övladınızın iç dünyasına nüfuz etməyə çalışın. Belə olduqda əslində nəyin düz getmədiyini anlamaq sizin üçün çətin olmayacaqdır. Əlbəttə başa çıxa bilmədiyiniz vəziyyətlərdə mütəxəssis yardımı almağınız faydalı olar, amma eyni zamanda günlük yaşamınızı düzgün tənzimləyərək övladımızın müsbət xüsusiyyətlərini inkişaf etdirə bilərik. Birlikdə keçirdiyiniz keyfiyyətli zaman onlarda güvən hissi yaradaraq, özlərini dəyərli hiss etmələrinə səbəb olar.  Bu da öz növbəsində davranışdakı pozuntunu aradan qaldırmaqda yardımçı olar. 

 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN