Uşaqlarda Natamamlıq Duyğusu

0
3101
Uşaqlarda Natamamlıq Duyğusu

Kifayətlənməmə hissi, şəxsin özünü  edə biləcəyi şeylər mövzusunda əksik görməsi və bundan narahatlıq duymasıdır. Bəs uşaqlarda natamamlıq hissi nədən yaranır? Bu vəziyyətlə bağlı ailənin payı var mı? Ailə və Ünsiyyət  Mütəxəssisi  Pedaqoq Öznur  Simav,  uşaqlarda kifayətlənməmə hissinin səbəblərini sıraladı və ailələrə vacib tövsiyələr verdi.  Natamamlıq hissindəki həssas nöqtə şəxsin vəziyyətini bəyənməmə və əksik  görüb kədərlənməsi,  özünü geri çəkməsi, narahat olması, özünə güvənməməsidir, bu hətta uşağın sosial həyatına da mənfi təsir edər.  Bu şəxslər davamlı olaraq səhv edəcəklərini düşünərək , hər hansı bir fəaliyyətə cəhddən uzaq duraraq öz qabıqları altında yaşamağı üstün tuturlar. Böyüklərdə olduğu kimi uşaqlarda da “ətrafdakılar  tərəfindən bəyənilməmə və başqaları nə deyər qorxusu”  var.  “ Əgər bunu bacarmasam hamı mənə gülər, mənə lağ edər qorxusu, səhv etməməliyəm, hər şey mükəmməl olmalıdır” anlayışı, ünsiyyət içində olduğu şəxsləri gözündə hədsiz böyütmə, dostlarının aktiv, çox danışan və özünə güvənən olması uşaqda natamamlıq hissini yaradar. Uşaq belələrini gözündə o qədər böyüdər ki, heç bir zaman onlar kimi ola bilməyəcəyinə qərar verər. 

Ailəsi tərəfindən davamlı olaraq tənqid olunan uşaqların özünə inamı azalır:
 
Valideynlər tərəfindən davamlı şəkildə etdiyi kiçik xətaları başqalarının yanında söylənilən uşaqlarda özgüvən azalır, özlərinin bəyənilmədiyini düşünürlər və hər hansı davranışdan özlərini uzaq tutarlar. Yönləndirilərək yaşamaq onlara  risksiz yaşamaq kimi rahatlıq verər.  Çünki bu şəkildə ön planda özləri deyil, başqaları vardır və problem olarsa məsuliyyət daşımayacaqdır.  Ailələr, uşaqları hər zaman digər uşaqlardan daha yaxşı, daha bacarıqlı, aktiv, lider xüsusiyyətli olmalarını istəyirlər.  Ailələrin bu istəkləri daha da çoxala bilər.  Özlərinin yaşaya bilmədiklərini uşaqlarında görmək istərlər.  Mümkün olduğu qədər bütün imkanlarını səfərbər edərlər.  Bu imkanlar daha çox maddi olaraq nəzərimizə çarpar amma uşaqla ünsiyyət qurmaz və onu anlamazlar. Beləcə nələr hiss etdiyini, nələrin onlara çox təsir etdiyini bilməzlər. Gündəlik qayğıların yanında bunlar gözdən qaça bilər. 
 
Ailələr uşaqlarına çata biləcəkləri hədəflər qoymalıdırlar:
 
• Ailələr, uşaqlarının qabiliyyətləri səviyyəsində hədəflər qoymalı, çox gözləntilərini sən bacararsan deyərək məcbur edici şəkildə etməməlidirlər. 
• Uşaq öz gücünü bilir və hədəf onun əldə edə bilməyəcəyi nöqtədə olduğundan uşaq üçün bir stress qaynağı yaradar.  Bu da uşağın natamamlıq duyğusu yaşaması üçün bir səbəbdir.
• Uşaqlara özlərini ifadə edə bilmələri üçün sərbəst məkanlar olmalıdır. 
• Fiziki çalışmalar və oyunlar dəstəklənməli, fərqli xüsusuiyyətlərinin ola biləcəyini söyləyərək, uşağın özünün pozitiv keyfiyyətlərini  önə çıxara bilməsi mənasında olmalıdır. 
• Yanlışların üzərində deyil, doğru, gözəl davranış və bacarıqlar üzərində durulmalıdır. 
• Hər halda onu çox sevdiklərini bəlli etməli, yanlışların növbəti dəfəyə düzləcəyini, bunu öyrənmiş  olduğunu söyləməlidirlər və onu ürəkləndirməlidirlər. 
Natamamlıq hissi uşağı emosional cəhətdən çox narahat edər və gələcəyinə təsir edər. Bu səbəblə, mütəxəssislərdən yardım alaraq ailə məlumatlanmalı və zamanında uşağın duyğuları anlaşılır bir cavab tapmalıdır. 
 
Hazırladı: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN