Sosial şəbəkədən qorxan ölkələr

0
2909
Sosial şəbəkədən qorxan ölkələr

"Uşaqlar gələcəyimizdir"deyirik. Bəs bu gələcəyi necə qururuq? İstəklərimizə uyğun, yoxsa düzgün şəkildə?

Hər bir valideyn övladını sevir, onu gözəl insan görmək istəyir. Hansı valideyndən soruşsaq ki, "Övladınızı necə bir insan görmək istəyirsiniz?" bütun valideynlər ən müsbət xarakter xüsusiyyətləri sadalayacaq: məsuliyyətli, ağıllı, dürüst, ləyaqətli və.s Amma bunu istəmək çox azdır. Bu xüsusiyyətlər öz-özünə formalaşmır. Onların formalaşması üçün uşağın daxilindəkiləri anlamaq, ora varmaq lazımdır. Bu varma onun daxilinə "qarışmaq" yox, daxildə olanları aşkara çıxarmaq üçün olmalıdır.
 
Valideyn ilk növbədə anlamalıdır ki, uşaq artıq bir şəxsiyyətdir. Özünün  şəxsi hissləri, istəkləri, arzuları olan insandır. O, bizim əksimiz deyil. Onun dünyası özünün qavradıqları ilə formalaşır. Uşağın parlaq dünyasına yersiz müdaxilələrlə, özümüzə tam tabe etmək istəyiylə arzularımızın əksi olan bir insan formalaşdıracağıq. Çünki biz görmək istədiyimiz bir fiqur yaratmaq istəyirik.
 
3 yaşlı uşaqda "mən" formalaşmağa başlayır. O, özünü sübut etməyə  çalışır. Artıq mən varam”, “Mənim istəklərim var, hesablaşmalısınız" mesajlarını verir. Bu dövr "3 yaşın böhranı" adlanır. Bu dövrdə böyüklər uşağın müstəqilliyini, sərbəstliyini lazımi şəkildə təmin edərlərsə, çətinliklər aradan qaldırıla bilər. Uşaq anlamalıdır ki, siz onu bir insan kimi qəbul edir, istəklərinə, tələbatlarına önəm verirsiniz. Lakin biz övladlarımızı heç 18 yaşında da sərbəst görmək istəmirik, onlarla hesablaşmır, fikirlərini önəmsəmirik. Axı o əşya deyil, niyə bunu anlamırıq? Bəyənmədiyimiz hərəkətlərini gördükdə misallar gətiririk: "Biz atamız evə gələndə bunu edərdik.", "Biz valideynimizin yanında bunu etməzdik". Deməli, biz özümüz kimi davranmırıq. Atamızı necə görmüşüksə, özümüz də elə ata olmaq istəyirik. Hətta çox zaman bundan narazı olsaq belə.. Çox az hallarda valideyn öz düşüncəsi, şəxsi təcrübəsi əsasında tərbiyə üsulu seçir.

Uşaq-tərbiyəsi. UŞağı istədiyimiz zaman döyə bilirik. Niyə?
Hər zaman aktual olan daha bir üsul. Uşağı istədiyimiz zaman döyə bilirik. Niyə? Çünki o bizdən gücsüzdür, hərəkətimizin qarşılığında bizi döyə bilməz. Güclü olduğumuzu uşağa sübut etməyə çalışırııq. Nəticədə çox zəif və aciz olduğumuzu ortaya qoyuruq. Güc, zor bir anın məsələsidir və ən asan üsuldur. Tərbiyə isə uzunmüddətli və çox çətin bir prosesdir. Tərbiyə insandan böyük əmək istər. Cəza və rəğbətləndirmə tərbiyədə istifadə olunan üsullardır. Lakin cəzadan da tərbiyəli şəkildə istifadə etmək lazımdır. Küçədə uşağınız ağlayırsa, zorla nəyisə almanızı istəyirsə, bu sizin düzgün olmayan tərbiyənizin nəticəsidir. Bundan pərt olduğunuz uçun onu küçədə döyürsünüzsə, bu da sizin ciddi nöqsanınız və günahınızdır. Bu ərköyünlüyün əsasını siz qoymusunuz. Bəzən elə xırda, həm də bilmədən etdiyi bir xəta üzündən uşağı elə ciddi cəzalandırırıq ki, növbəti dəfə o belə bir hadisə baş verəndə bunu gizləyir, yalan danışır. Daha bir mənfi xüsusiyyət-yalançılığın əsası qoyuldu.
 
Övladınızı yaşıdlarıyla, qonşu uşaqlarıyla müqayisə edir, onlardan daha zəif, bəzən yaramaz biri olduğunu sübut etmək istəyirsiniz. Bununla da uşaqda neqativ hisslər, paxıllıq özünü göstərəcək. O həm başqalarının uğurunu qısqanacaq, həm də özünə inamı itirəcək. Maraq göstərdiyi bir işə, məsələn, şəkil çəkmək istəyinə 2Sən rəssam ola bilməzsən" deməyin. Onsuz da əgər bu istedadı yoxdursa, o bunu zamanla hiss edəcək. Amma sizin bu cür yanaşmanız, onun bəlkə də çox faydalı ola biləcəyi bir sahəyə həvəsini azaldır, yenə də inamını məhv edirsiniz. Hər zaman çalışın ki, hər hansı fəaliyyət növü ilə bağlı uğursuzluğunu, bütövlükdə şəxsiyyətinə aid etməyin. Bir çin atalar sözündə deyilir: "Övladınız ovcunuzda tutduğunuz quş kimidir, bərk sıxsanız, ölə bilər, boş buraxsanız, uçub gedər".
Əziz valideynlər, övladınızla dost olun, ona bir şəxsiyyət kimi yanaşın, problemlərin həllində onların da fikrini soruşun, suallarını mütləq cavablandırın. Övladınıza dəyərli olduğunu hiss etdirin və özünə güvənli bir insan yetişdirin.
 

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN