Uşaqlıq Dövrünün Qorxu Və Fobiyaları

0
2805
Uşaqlıq Dövrünün Qorxu Və Fobiyaları

Uşaqlıq çağı qorxularının keçici olduğunu bildirən Pedaqoq Melek Çavuş Kılıç, uşaqlıq dövrünün qorxularından və fobiyalarından danışdı. Bir çox uşaqlar üçün qorxular yüngül, yaşa uyğun və keçicidir və qorxuların çoxu yaş artdıqca azalır. Araşdırmalar 2 – 6 yaş arası uşaqların ortalama 3 qorxuya sahib olduğunu və 6 – 12 yaş arası uşaqların 40%-nin 7  növ qorxusu olduğunu müəyyənləşdirib (Miller, 1983). Elə qorxular var ki, onlar müəyyən yaşda ortaya çıxar. Xəyal gücü inkişaf etdikcə qorxular xəyali olmağa başlar. Uşaq böyüdükcə xəyali varlıqlar (canavarlar kimi) ortaya çıxa bilər. Böyük uşaqların qorxuları daha realdır. Qızlar oğlanlardan daha çox qorxar. Ata – anaların uşaqların qorxularının olduğundan az göstərmə meylində olmalarına dair sübutlar vardır. Qorxu həmin obyekt və ya hadisə ilə bağlı olaraq yaşanan mənfi duyğularla yarana bilir. Bu təcrübələr ciddi ola bilər ya da uşaq hadisə zamanı və ya hadisədən sonra çox diqqət görmüş ola  bilər. Qorxuların öhtəsindən gəlmədə uşağın özünün təcrübələri, məntiqi inkişafı, ata – anaların məsələyə baxışları təsirli olur.

Qorxular fobiyaya çevrilə bilər. Gözlənilən yaş dövründən sonra uzun müddət davam edən  qorxular fobiyaya çevrilə bilir. Məsələn, qapısı qapalı bir otaqda olmaqdan qorxan uşaq sonralar lift, maşın və digər yerlərdən qorxa bilər. Psixoloji diskomfort yarada biləcək qədər davamlı və nüfuz edən bir hal olduqda onda bu qorxuların fobiyaya çevrilə bilməsi ilə bağlı narahatlıq keçirmək olar. Yaşa uyğun qorxular məntiqsizdir, çünki real təhlükə yoxdur. Sadə fobiyalar sadəcə uşaqların kiçik bir qismində görünür və bunların az qismi müalicəyə yönləndirilir (Silverman ve Nelles, 1990).  Qorxularından dolayı müalicəyə yönəldilən uşaqların sayı yetkin insanların sayından azdır. Bu da bəlkə ata – anaların uşaqlarının qorxularının fərqində olmamaları, eyni zamanda uşaqların problemləri ilə baş edə biləcək professional şəxslərin sayının nisbətən az olması ilə bağlıdır. Daha qarmaqarışıq qorxular üçün müalicə tətbiq olunmadıqda 1 – 5 il olduğu ehtimal edilən yaxşılaşma müddətini qısaltdığını sübut etmişdir. Qorxunun yaratdığı sıxıntı göz önündə olduqda, qorxunun təbii inkişafını tamamlamasına izin vermək yerinə psixoterapiya ilə rahatlama əldə etmək daha güvənlidir. Sadə fobiyaları olan uşaqlar  əsasən zamanında yox, bu problem başladıqdan 3 il sonra psixoterapiyaya gətirilir. Buna əlavə olaraq onu da qeyd edək ki, bəzən uşaqlar terapiyaya başqa problemli uşaq kimi gətirilir, amma sonradan bunun qorxu və ya fobiya olduğu müəyyənləşdirilir. Bəzi uşaqlar qorxularından dolayı ata – analarından ayrıla bilmədikləri üçün məktəb və digər yaşa uyğun fəaliyyətlərdən faydalana bilməzlər. Bəziləri liftə minməkdən qorxduğu üçün pilləkənlərdən istifadə edir, bəziləri məktəb, digərləri isə məyyən canlılardan və s. qorxarlar. Burada önəmli olan məsələ valideynlərin bu problemi erkən anlamaları və bu haqda uşağa basqı etməkdənsə mütəxəssis yardımına baş vurmaqdır. Bununla bağlı valideynlərə yardım edə biləcək mütəxəssislər isə, psixoloqlar, pedaqoqlar, uşaq psixiatrlarıdır. (Serap Melek Çavuş Kılıç-Pedaqoq – psixoterapevt)                                                                          


HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA
 

ŞƏRH YAZIN