Yeni valideyn olanların nəzərinə!

0
2264
Yeni valideyn olanların nəzərinə!

 Əgər yeni valideyn olmusunuzsa, o zaman bunları bilməyinizdə fayda var. Çünki bu məqaləmizdə sizə xeyri toxunacaq çox məsləhətlər yer alıb. 


Yuxu və oyaq qalmanın gün ərzindəki nisbəti, gecə yuxusunun daha uzun müddətli olması rejimi uşaq anadan olan kimi öz-özünə tənzimlənmir. Bu işdə körpəyə yardım etmək lazımdır.

Yuxu sükut və rahatlıqla qorunur, oyaq vaxtı isə uşaqla təmasda olurlar, oynamaq üçün oyuncaqlar verirlər, masaj edirlər və s. Ritmin yaranmasına qidalandırma rejimi də kömək edir. Yadda saxlamaq lazımdır ki, 6 ayına qədər qida uşağın tələbatları içində aparıcı yer tutur. Ona görə də uşağı yuxudan oyanan kimi yedizdirirlər, sonra isə yuyundurub əsgilərini dəyişirlər. Bunlar da oyaq qalma elementlərinə daxildir. Rejim yaradarkən yuxu-yedizdirmə-oyaq qalma ardıcıllığına riayət etmək lazımdır.
 
Əksər yeni doğulmuşlar tox, əsgiləri quru olursa, bağırsaqları normal işləyirsə, yeməkdən yeməyə qədər yatırlar. Bir aylıq uşağın orta hesabla yatma müddəti gündə 18 saatdan az olmamalıdır. Tədricən oyaq qalma müddəti uzanır və 6 ayında uşaq gün ərzində 3 dəfə 2 saat, gecə isə 10 saat yatır.
 
Yuxunun bir neçə mərhələləri var və bunlar da 3 yaş ərəfəsində tam formalaşır. Müşahidələr göstərir ki, 1-2 yaşlı uşaqlar pis əhvali-ruhiyyədə oyanır, 3 yaşında isə tez yuxuya gedir və rahat, xoş əhvali-ruhiyyədə oyanır.
 
Uşağın yuxusunu «yaratmaq» lazımdır. Körpə öz yuxusunu kifayət qədər oyaq qalmaqla qazanır. Uşaq 2,5 ayına qədər yedizdirildikdən sonra dərhal yuxuya gedir. 3 ayından sonra isə qidalanma oyaq qalma müddətini uzadır, ona görə də bu vaxtı oyunlara, masaja sərf etmək lazımdır.
 
Adətən kifayət qədər təcrübəsi olmayan və ya çox ciddi, uşağa yalnız öz rejim prinsiplərini tətbiq edən anaların uşaqları ağlağan olur. 1 yaşına qədər uşaq üçün onun daxili ritmlərinə tabe olaraq yuxu və oyaq qalma rejimi yaratmaq lazımdır. 1 yaşından yuxarı uşaqları ehtiyatla və təkidlə həkim tərəfindən təyin edilmiş rejimə öyrətmək lazımdır.
 
Bir çox hallarda gənc valideynlər maraqlanırlar ki, uşaqları yelləmək lazımdır ya yox. Uşağı yelləmək olar, çünki o, ana bətnində yellənmiş, diafraqmanın hərəkət ritminə, hamiləlik zamanı ana yeriyərkən, fiziki iş görərkən onun hərəkətlərinə adət etmişdir. Sorma, yellənmə, ritmik beşik kimi faktorlar beyinin fəaliyyəti ilə daxili orqanların fəaliyyətinin uzlaşmasına, sinxron olmasına zəmin yaradır. Eyni zamanda bu faktorlar yuxu mərhələlərinin yaranmasına kömək edərək uşağın rahat yuxuya getməsinə və sakit yatmasına səbəb olur.
 
Bir qədər böyük uşaqları gündüzlər tez-tez yelləncəklərdə, karusellərdə yelləmək lazımdır. Bu zaman onlar gecə rahat yatırlar. Uşağın gecə narahat yatması onun qanında immun sisteminin inkişafına mane olan zərərli maddələrin artmasına səbəb olur.
 
Gecə qışqıran uşağı bir neçə dəfə qarın üstə çevirməklə, şaquli vəziyyətdə sağdan sola yelləməklə sakitləşdirmək olar. Ona su və ya yemək də verməyə icazə verilir. Uşağı silkələmək qəti qadağandır! Onu ehmalca, həzin yelləsəniz, o tezcə yuxuya gedəcək.

ŞƏRH YAZIN