Cin Fikirli Müəllimin Sualı

0
6065
Cin Fikirli Müəllimin Sualı

4 universitet tələbəsi, yuxudan oyana bilmədikləri üçün riyaziyyat imtahanına gecikir və universitetə gedəndə müəllimə avtomobillinin təkərinin partladığını söyləyirlər ...
Müəllim ilk öncə onlara inanmır amma tələbələrinin yalvarmalarına dözə bilməyərək, onlara 3 gün sonra imtahan edəcəyini söyləyir.
İmtahan günü gəldikdə isə müəllim, 4 şagirdin hər birini boş bir salonun ayrı künclərinə oturdur. İmtahanı keçmə sistemi belədir:
100 ballıq sistem üzərindən 50 bal alan hər kəs imtahanı keçə bilər ...
Müəllimin hazırladığı imtahanda isə ön səhifədə hər biri 10 ballıq 4 ədəd sadə riyaziyyat sualı vardır ...
Bunları asanca həll edirlər. Arxa səhifədə isə 60 ballıq 1 tək sual vardır: 
"Hansı təkər partlamışdı?"
 
Tərcümə etdi : Qurbanova Fatimə

 

 

ŞƏRH YAZIN