Məşhur Şəxslərdən Maraqlı Cavablar 1- Ci Hissə.

0
4636
Məşhur Şəxslərdən Maraqlı Cavablar 1- Ci Hissə.

Tərkidünya həyat tərzi ilə ad çıxaran və dünya nemətlərindən vaz keçən qədim yunan filosofu— Diogen bir gün çox dar dalanda şəhərin mənfur xislətli  zəngin sakini ilə qarşılaşır. Dalan o qədər dar olar ki, eyni anda yan-yana iki nəfərin hərəkəti mümkünsüzləşir. İki nəfərdən birinin yol verməli olduğu məqamda heç biri bu addımı atmır. Axırda varlı kişi əsəbləşib deyir: - Mən bir axmağın önündə heç vaxt geri çəkilmərəm. Bu zaman Diogen geri çəkilərək bu cavabı verir: - Amma mən çəkilərəm.

***  
 
Xoşbəxliyin insanın öz əlində, sərvətin isə öz ayaqları altında olduğunu deyən məşhur filosofdan soruşurlar: - Madam ki,sərvət ayaqlarınızın altındadır, niyə onu əldə edə bilmirsiniz? Təmkinini pozmayan filosof bu cavabı verir: - Çünki ona çatmaq üçün əyilmək lazımdır və mən də əyilməyi bacarmıram!
 
***
 
İngiltərənin baş naziri Uinston Çörçill kürsüdə çıxış edərkən,müxalif partiyanın üzvü olan bir qadın onun sözünü kəsir:  
 
- Əgər həyat yoldaşınız olsaydım,sizin qəhvənizə zəhər atıb qarışdırardım! Hər zaman hazırcavablığı ilə fərqlənən Çörçill sakit tərzdə cavab verir: - Xanım, əgər həyat yoldaşım siz olsaydınız,mən o qəhvəni sevə-sevə içərdim.  
 
***  
 
Sokratla arvadı bir-birilə yola getmirdilər. Arvadı həddindən çox deyinir, fərsiz saydığı filosofu danlayırdı. Sokrat isə səbrlə ona dözürdü. Bir gün həddindən artıq qəzəblənən arvadı Sokratın bu qədər təhqirlər qarşısında sakit dayandığını, oturduğu yerdən qımıldanmadığını belə görüb, hirsindən onun başına bir vedrə su tökür. Sokrat yenə də təmkinini pozmur və deyir: - Bu qədər göy gurultusundan sonra mütləq leysan yağmalı idi.  
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN