Bioloji Ritminiz Performansınıza Necə Təsir Edir?

0
2167
Bioloji Ritminiz Performansınıza Necə Təsir Edir?

Gün içində zehni və fiziki performansın ən aşağı, ən yüksək olduğu zamanlar vardır. Bunlar bədənin bioloji ritmini meydana gətirərlər. Bu ritmə görə ən əhəmiyyətli işləri, performansın ən yüksək olduğu zaman etmək, əhəmiyyətsizləri isə daha sonraya buraxmaq zamanı faktor istifadə baxımından olduqca əhəmiyyətlidir. Yuxu və oyanıqlıq mövzusunda çalışan Chicago Universiteti fizyoloqlarından Dr. Kleitman, günə sürətli başlamada bədən istiliyinin təsirini ortaya qoyan işində, ortalama 37 dərəcə olan bədən istiliyinin sağlam bir insanda belə gün ərzində 1 dərəcə oynaya biləcəyini açıqlayır. Bədəndə yaranan bu istilik dəyişməsi iş səmərəsini, zehni oyanıqlığı və bədən performansını təyin edər.İnsanın yuxudakı və oyanıq haldakı bazal metabolizmasının fərqli səviyyələrdə olması da insan enerjisinin dəyişiklik göstərməsinə, səbəb olur. Bu açıqlamalar, bioloji ritm baxımından bütün insanların ümumiyyətlə bu 3 kateqoriyadan birinə uyğun gəldiyini göstərir:

Sabah Növləri: Bu tiplər səhər çox enerjili olurlar. Günortaya doğru enerjiləri zirvəyə çatır və sonra yavaş-yavaş azalmağa başlayır. Axşam üzəri bütün performansın bitdiyi görülər.
 
Günortadan Sonra Növləri: Bu tiplər çox çətin oyanarlar, səhərlər qeydsiz və keyimiş səkildə olurlar .Günorta bir az açılmağa başlarlar, günortadan sonra enerji dolu olurlar. Hava qaraldığında ancaq durulurlar.
 
Hər Zaman Hazır Tiplər: Bu tip insanlar, səhər və günortadan sonra tipinin ən yaxşı istiqamətlərinin qarışığıdır. Səhər erkən qalxar və enerjili olurlar, günortaya doğru durulurlar, günortadan sonra performansları təkrar artar.
O halda insanların performanslarının nə zaman yüksək olduğunu bilmələri, zamanlarını məhsuldar istifadə etmələri baxımından çox əhəmiyyətlidir. İnsanların yüksək performans zamanlarını saptamada iki üç həftə boyunca hər gün tutulacaq cədvəli, yuxu nizamlarını nəzarət altına götürmələrinin, bədən istiliyinin sabah saatlarında yüksək tutulması, və s. tədbirlərin faydaları olacağı düşünülməkdədir.
 
Hansı kateqoriyada olsanız olun, zamanınızı məhsuldar istifadə edə bilmək üçün;
 
Ən yüksək performans göstərilən saatlar üçün bunlar təklif edilir;
- Ediləcəklər siyahısında əhəmiyyətliləri təyin etmək,
- İlk işlər üzərində müzakirə.
 
Orta performans göstərilən saatlar üçün;
- Təkrarlanan işləri etmək,
- Daha sonrakı işlər üçün planlaşdırma etmək.
 
Aşağı performans göstərilən saatlar üçün isə;
 
- Telefon zəngləri etmək,
- Ziyarətçiləri qəbul etmək,
- Məktubları cavablandırmaq.
 

ŞƏRH YAZIN