Hər Bir Saniyə Çox Qiymətli

0
2382
Hər Bir Saniyə Çox Qiymətli

Köhnə zamanlarda ömürlərin uzun olduğunu söyləyərlər. Nuh Ə.S. ın təxmini 600 il bir ömür sürdüyünü də bir yerlərdən oxumuş və ya eşitmisiniz. Tam da o zamanlar bir qadın Nuh Ə.S. a gəlir və ağlamağa başlayır.

NUH Ə.S.SORUŞAR:
- NİYƏ AĞLAYIRSAN?
- OĞLUM GƏNC YAŞINDA ÖLDÜ MƏN OĞLUMU GERİ İSTƏYİRƏM.
- NEÇƏ YAŞINDAYDI OĞLUN?
- 150 YAŞINDAYDI.
- BAX EY İNSAN QİYAMƏTƏ YAXIN İNSANLARIN ORTA ÖMRÜ 60 İLƏ QƏDƏR OLACAQ. SƏNİN OĞLUN 150 İL YAŞAMIŞ.
- HƏQİQƏTƏN Mİ?
- BƏLİ.
- YAXŞI O QƏDƏR QISA MÜDDƏTDƏ YAŞAYAN İNSANLAR EVLƏNMƏYƏ FÜRSƏT TAPA BİLƏCƏKLƏR Mİ? UŞAQLARI OLACAQ VƏ UŞAQLARINI  BÖYÜDƏ BİLƏCƏKLƏR Mİ? O QƏDƏR QISA MÜDDƏT İÇİNDƏ ÖZLƏRİNƏ EV QURA BİLƏCƏKLƏRMİ?
 
kimi suallarını sıralamağa başlamış. Bəli. İndi əllərin arasına başımızı qoyub düşünmənin zamanı. Hansı yaşda olursunuzsa olun, uşaqlığınızın nə zaman keçdiyini, gəncliyiniz keçmişsə əgər gəncliyinizin nə zaman keçdiyini, əgər yaşlanmışsızsa ömrünüzün nə zaman keçdiyini bir düşünün. Cavabınız mütləq "nə qədər də tez, sanki bir gün kimi" olacaq.
Bu qısa ömrümüzə nələr sığdırmağa çalışırıq. Və həqiqətən də nələr sığdırırıq. Evlənirik, iş tapırıq, ev alırıq, işimizi dəyişdiririk və s . Lakin arada bir şeyi unuduruq. Yaşamağı. Hər şeyi əldə etmək üçün çırpınıb dayanarkən dərin aldığımız bir nəfəsin bizim üçün nə qədər qiymətli olduğunu unuduruq. Yediyimiz bir loxma yeməyin dadını hiss etmək üçün çeynəmək və ləzzətini iliklərimizə qədər hiss etmək belə bizə zaman itkisi kimi gəlir. Bir stəkan suyu belə bir anda bitirib susuzluğumuzu aradan qaldıraq deyə məşğul olarkən suyun dadını almağı unuduruq. Bir gülümsəməyi üzümüzə yerləşdirmək, bir küskünlüyümüzə son vermək bizə qorxulu yuxu kimi gəlir.
 
Həmişə bir şeyləri təxirə salaraq yaşayırıq. Sabah edərəm deyərək bitməyən sabahların, gələcək zəmanəti olmayan gələcəyin qanadları altında özümüzü həmişə etibarda hiss edirik. Halbuki yaşayacağımız zamanın yekunu nə qədərdir ki. Təxirə sala-sala nə vaxta qədər salayacayıq ki. Bizi bizdən başqa kim aldada bilər? Bizi bizdən başqa kim həyatdan qopara bilər.? Kim yaşamağımızı təmin edərək bizi həyatdan qopara bilər?
 
Günəşin doğuşunu izləməyin nə qədər hüzur verici bir duyğu olduğunu yer üzündə milyonlarla insan bilir. Lakin bu hüzuru tutmaq üçün ancaq minlərlə insan özünü məcbur edərək o vaxtda hazır olur bəlkə də daha azı. Arxasınca qaçdığımız nədir? Tutmağa ümid nədir? 600 il yaşasaq da 60 il yaşasaq da tutulmamız qəti deyil mi? Bizim bir arxamızca qaçan yoxdur mu?
Məsələn sizə Çöllərdə bitən çəmənləri misal gətirək. O çəmənləri ovuc ovuc qoparıb qısa müddətdə bitirmək də bizim əlimizdə. Hər bir çəmənin tək tək qoxusunu hiss edərək, yumşaqlığını hiss edərək, varlığını hiss edərək qoparmaq da bizim əlimizdə. Bəli çəmənlər bu həyatda yaşadığımız günlər də ola bilər, dəqiqələr da, saniyələr də. Mütləq bitəcəkdir. Və hər bir çəmən yəni hər bir saniyə çox qiymətli. Bunu bilərək yaşamaq xahişi və duası ilə.
 
TƏRCÜMƏ ETDİ: KAMİLLA BAYRAMLI

ŞƏRH YAZIN