İmtahanda Vaxtla Bağlı Problemlər...

0
2265
İmtahanda Vaxtla Bağlı Problemlər...

İmtahan prosesi hamıda cox zaman həyəcanla bağlıdır.İmtahan zamanı bir çox şagird və tələbələr vaxtla bağlı problem yaşadıqlarını qeyd edirlər.Bəziləri hansısa bir sualı cavablandırarkən kifayət qədər vaxtının qalmadığını,bəziləri isə,ümumiyyətlə,müəyyən sualları cavablandırmaq üçün vaxt çatdırmadıqlarını söyləyirlər.İlk növbədə,imtahana gedərkən qarşınıza qoyacağınız ilk məqsəd “bütün sualları oxuya bilmək” olmalıdır.Çünki oxumağa vaxt çatdırmadığınız suallar arasında cavablandıra biləcəyiniz bir sual olduğunu gördükdə bu sizi kədərləndirə bilər.
İmtahana ən yaxşı bildiyiniz fənndən başlamağınız tövsiyə olunur.Eyni zamanda,bu fənn həm də sizə ən yüksək bal verəcək fənnlərdən biri olmalıdır,çünki bunun 2 müsbət tərəfi var.İlk növbədə,bu sizin ən yaxşı bildiyiniz fənn olduğu üçün ardıcıl olaraq sualları heç bir tərəddüd etmədən cavblandırmaq sizin əhvalınızı yüksəldəcək.İkincisi,əgər sizdən asılı olmayan səbəblərə görə imtahanı yarımçıq tərk etməli olsanız,bu zaman yekun balınızın nisbətən yüksək olacağına ehtimal yaranır.
Zamandan düzgün istifadə etmək keçən hər bir dəqiqənin fərqində olmaq və hər dəqiqədən mümkün qədər yararlanmaq deməkdir.Özünüzlə imtahana bir saat aparın və onu imtahanın davam etmə müddətinə uyğunlaşdırın.Bir imtahanda əsas məqsəd vaxtı düzgün bölmək olduğu üçün imtahana saatla getmək mütləqdir.İmtahan nəzarətçisi sadəcə olaraq imtahanın başlama və bitmə vaxtını lövhədə yazır,lakin heç şübhəsiz,o,vaxtın axıb getməsinə sizin qədər həssas yanaşmır.Nəzarətçinin imtahanın bitməsinə  nə qədər qaldığını bildirməsi isə sadəcə olaraq ümumi mənada xəbərdar etmək məqsədini güdür.
Öz saatınızla vaxtın gedişatı və sürətiniz barəsində daha düzgün və dəqiq informasiyaya sahib ola bilərsiniz.İmtahanda uğur qazanmaq üçün mütləq vaxtdan düzgün istifadə etməyi bilmək lazımdır.İmtahan vaxtı çalışın dağınıq fikirli omayın.Bir fənndən digərinə keçərkən bir qədər fasilə də verə bilərsiniz,lakin bu fasilə müddəti 5 dəqiqədən çox olmamalıdır.Unutmayın, imtahanda zaman sizin həm dostunuz,həm də düşməninizdir.Fikrinizi toplamaqda çətinlik çəkdiyiniz  təxminən 3 dəqiqəlik bir zaman müddətində 2 və ya 3 sualı səhv yazma ehtimalınız var.Əgər eyni bir sualı dayanmadan bir neçə dəfə ardıcıl olaraq təkrar oxuyursunuzsa,bu artıq yorulduğunuzun və dincəlməyə ehtiyac duyduğunuzun bir göstəricisidir.İmtahanda uğur qazanmaq üçün hər 5-10 saniyədən bir saata baxmağa ehtiyac yoxdur,sadəcə olaraq zamanı öz məqsədinizə çatmaq yolunda düzgün bölüşdürmək lazımdır.
İmtahandan vaxtından əvvəl çıxmayın.Çünki yekun nəticədə siz sürətinizə görə deyil,nə qədər sualı düzgün cavablandırmağınıza görə bal toplayacaqsınız.
Sualları hansı fəndən başlayıb hansında bitirəcəyinizi yaxşı olar ki,imtahandan əvvəl müəyyənləşdirəsiniz.Unutmayın,sualları ardıcıl olaraq cavablandırmağa məcbur deyilsiniz.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN