Siz Də Yaponlar Kimi Çox Yaşayın!

0
2387
Siz Də Yaponlar Kimi Çox Yaşayın!

“Əldən qalan əlli il qalar ”- güzəran psixologiyamızda özünə yer tapmış bu ifadə yəqin ki, ruhumuzun qaçınılmaz xəstəliyinə çevrilmiş təxirəsalmanı dolğun şəkildə əks etdirir.

Əllərimizdən itib gedən zamana baxdığımızda ehtimal ki, bir çoxumuzun “kaşki“ lərimizdən ibarət bir kolleksiyası var. Koleksiyamızın ən əhəmiyyətli parçaları da zamanında lazımi müdaxilələri etməməkdən irəli gələnlərdir. Kaşki zamanında bunu etsəydim, kaşki zaman itirmədən hərəkətə keçə bilsəydim, ya da kaş ki, özümü daha yaxşı ifadə edə bilsəydim.
 
Heç şübhəsiz, biz  hər şeyi eyni anda edə bilmərik. Həyatımızdakı öncəliklərimizi düşündüyümüzdə bir çox şey avtomatik olaraq arxa plana keçir.Bunun adı isə, təxirəsalma deyil, sıralamadır. Təxirəsalma zamanı gəlmiş bir fikrin yox edilməsi, yerinə yetirilməsi lazım olan işin edilməməsi, itirilmiş bir fürsətdir.Bu günün işini sabaha buraxmaq kimi yoluxucu bir vərdişə tutulmuşuqsa, əlimizə keçmiş fürsətlərin əsla bizi gözləmədiyini və eyni fürsətin təkrar çətin yaranacağanın fərqinə varmalıyıq. 
 
Təxirəsalma həm iş, həm də gündəlik həyatımızda çox vaxt peşmanlığımıza səbəb olur.Normal bir vəziyyətdə, istədiyimiz şeyi reallaşdırmağı düşündüyümüzdə gələcəkdəki naməlum bir zamanda edəcəyimizə dair fikir yürüdürük. Qəlibləşmiş olaraq, sabah, gələn həftə, ya da bazar ertəsindən etibarən başlayacağam kimi... Bu şəkildə davranaraq istəyimizi təxirə salaraq əhəmiyyətini azaldırıq. Reklam və marketinq dünyasının bizi dəlicə özünə çəkən məhsul və xidmətləri üçün, necə içimizdə qarşıqoyulmaz istək yaradırsa, bunu nümunə götürərək öz istəklərimizə də bu taktikanı tətbiq etmək lazımdır.
 
Təxirəsalma xəstəliyi olan kəslərə tövsiyyələr:
 
1. İşlərinizi zərurət olaraq həll etmək çətindirsə, o zaman işlərinizi mənalandırmağa çalışın.
2. Planlarınızı ətrafınızdakılara da bəyan edin. Beləcə özünüzü məsuliyyətli hesab etmiş olacaqsınız.
3.Özünüzə də yox deməyi öyrənin.
4.Qısa gəzintilər edin; Çöldə qısa da olsa zaman keçirmək zehninizə və bədəninizə enerji verəcək.
5.Bölünməyəcək zamanlar seçin; Yəni mühiti elə təşkil edin ki, bir işə başladığınızda  ailəniz ya da yoldaşlarınızdan heç kim sizi etdiyiniz işdən ayıra bilməsin. Başqa  bir deyişlə telefonunuzun səsini azaldın, maillərinizə baxmayın, Facebook və Twitterə girməyin. 
6.Hər gün bir işi edin; Başlamazdan əvvəl düşünün: "Bu gün edəcək işlərim olsa, nəyi etsəm daha yaxşı olardı?"
7.İşləri parçalara ayırın; İşləri bölün, xüsusilə böyük işləri. Bu sayədə edilməsi lazım olan şey, aşmanız lazım olan böyük bir dağ kimi görünməyəcək.
8.Əvvəlcə asan işləri edin; Ediləcək işi böldükdən sonra 10 dəqiqə və ya daha qısa müddətdə edilə biləcək işlər varsa, işə onlardan başlayın. Onları edə-edə əslində nə qədər çox şey edə bildiyinizin fərqinə varacaqsınız.
9. Qısa aralar verin; 25 dəqiqə çalışın və 3 dəqiqəlik qısa fasilələr verin ki, beyniniz dincəlsin.
10.Özünüzü mükafatlandırın; Başlamadan əvvəl kiçik mərhələlər təyin edin və hər mərhələni keçdiyinizdə biskvit, vafli, fasilə və.s ilə özünüzü mükafatlandırın.
11. Bir Venn diaqramı çəkin; Dünyanın ən böyük şirkətlərindən “General Electric”in Marketinq müdiri Beth Comstock, böyük işlərə girişmədən əvvəl haradan başlaması lazım olduğuna qərar vermək üçün Venn diaqramları çəkərmiş. Bunun üçün  3 dənə çevrə çəkib I dairəyə "edilməsi lazım olanlar", II dairəyə "etməyi sevdiklərim" III dairəyə isə "etməkdən nifrət etdiklərim" başlıqlar halında yazıb, "edilməsi lazım olanlar" və "etməyi sevdiklərim" çoxluqlarını kəsişən şeylərlə işə başlayarmış.
12. Dincəlməyi unutmayın; Əgər yorulmusunuzsa, diqqətiniz daha tez dağılar. Hələ yuxunuz da gəlibsə, mütləq diqqətiniz dağılar. Dalğın iş görməkdənsə, yatmağınız məsləhətdir.
13. "Niyə" etdiyinizi xatırlayın; Saatlar, günlər, aylar ərzində məşğul olacağınız şeyin əslində nə üçün olduğunu özünüzə xatırladın. Verdiyiniz cavab sizi motivasiya edəcək.
14. Yekun siyahısı tutun; Hər günün sonunda etdiyiniz şeyləri yazın. Bu sayədə günün sonunda o gün nə qədər şey etdiyinizi görəcək, hamısını edə biləcək gücün içinizdə olduğuna inancınız artacaq.
 
Unutmayın ki, təxirəsalma bizi anı yaşamaq həzzindən məhrum edir. Həyat fürsətlərdən, fürsətlər də “AN” lardan ibarətdir. Müqəddəs "Qurani Kərim"də ki bu ilahi kəlam hər şeyi vaxtında etməyin bizim həyatımızdakı nə qədər əhəmiyyət kəsb etdiyinin göstəricisidir: ”O gün insana öncədən göndərdiyi və təxirə saldığı şeyi xəbər veriləcəkdir”( Qiyamət Surəsi 13 ).
 
Mikayıl Əliyev
Psixoloq-konsultant, Yaşam Koçu
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN