Time Menecment

0
4279
Time Menecment

Zamanı effektiv planlaşdırma

Zamanı effektiv planlaşdırmaq üçün ilk növbədə nə qədər mümkün vaxtımız olduğunu bilməliyik. Bundan sonra isə onu məqsədlərimizə uyğun olaraq bölüşdürmək lazımdır. Vaxtınızı düzgün planlamaq üçün:

1.Ayırdığınız vaxtda məqsədinizi əldə edə biləcəyiniz dəqiq olmalıdır.

Əgər qarşımıza qoyduğumuz məqsəd şəffaf və zamana uyğun olmasa, içimizdə ona çatacağımıza olan inam itir. İnam isə öz növbəsində uğurun ən başlıca amilidir. Digər tərəfdən məqsədin vaxtı qeyri-uyğun olduqda siz zaman keçdikcə  dolaşıq qərarlar içinə düşəcəksiniz. Içinizdə belə bir hiss olacaq:“ Bu vaxta bunu edə bilmərəm, bəlkə başqa işin qulpundan yapışım???” Həyatda,heç olmasa,kiçicik bir uğuru olan insanlar çox gözəl bilirlər ki, istənilən uğur aylarla, illərlə bir məqsədə sadiq qalmağın nəticəsində əldə edilir.

2.Ayırdığınız vaxtdan maksimum necə istifadə edə biləcəyinizi müəyyən edin. Bu barədə plan qurun.

Bunu unutmayaq ki, bizi irəli aparan zaman yox, effektiv zaman olur. Başqa sözlə,zaman yox, effektiv zaman hər şeyi həll edir. Hər keçən günün sonunda gündəliyinizi açın və təhlil aparın. Görün gün ərzində etdikləriniz məqsədinizə gedən yolla üst-üstə düşür? Belə bir aforizm var. “Başqasından üstün olmaq önəmli deyil. Önəmli olan dünənki halımızdan üstün olmaqdır”Bunu həyat şüarınıza çevirin. Hər gecə yatmamışdan öncə sabah görəcəkləriniz işlərin xəritəsini beyninizdə “çəkin”.

3.Etməli olduğunuz ən vacib işlər üçün kifayət qədər vaxt ayırın. Ən vacibləri mütləq edin.

 Hər birimizin gündəlik həyatında belə bir hal yaşanır: Bir işi etməli olduğumuzu bilirik, amma həmin anda sanki içimizdə bunu etməyə həvəs olmur. Sabah edəcəyimizi, birazdan edəcəyimizi fikirləşirik. Lakin bu halın bizə verdiyi təsir heç də yaxşı olmur. Belə ki etmədiyimiz işi düşünəndə  yanacaq qabından yanacaq axan kimi içimizdən enerji sızmağa başlayır. Bir neçə müddət belə davam etdikdə həyatımızda neqativ spiral yaranır. Spiral bir dəfə burulduqda onu saxlamaq çətin olur. Odur ki, bu qaydanı yadda saxlayın: “Əvvəl vacib olanları edin,sonra mümkün olanları edin, bir də görəcəksiniz ki,  mümkünsüzləri də edirsiniz ”

4.Özünüzə və başqalarına həddindən artıq öhdəlik götürməyin.

 Öhdəlikləriniz sizin görməli olduğunuz işlərdi. Öhdəlik az olduqda bizi işlədən və irəli aparan qüvvə kifayət qədər güclü olmur. Öhdəliyin daha çox olmağı isə bizi bir müddətdən sonra yora bilər. Odur ki, boynumuza götürəcəyimiz işlər reallığa uyğun olmalıdır. Komandanızın liderisinizsə öz komanda üzvlərinizin öhdəlik səviyyəsini fərdlərə uyğun bölüşdürün.

 

 

 Korrektor redaktor:Salmanlı Ayna

 

 

ŞƏRH YAZIN