Vaxt Yenə Su Kimi Axıb Getdi!

0
2299
Vaxt Yenə Su Kimi Axıb Getdi!

Gündəlik həyatımızda etməniz lazım olan, çatdırmanız lazım olan işlərin çoxluğundan bəhs edərsiniz. "Ah kaş ki bir az daha vaxtım olsaydı" deyə heyfslənərik. Zaman hər gün ona qarşı mübarizə apardığımız bir mənbədir. Yaxşı, siz vaxtınızı haralarda xərcliyirsiz?

Təslim olma saatı yaxınlaşdıqca bitirə bilmədiyiniz işlərin, vəzifələrin sayı gedərək artırsa, layihələrinizi, tapşırıqlarınızı çatdıra bilmək üçün yuxusuz gecələrlə boğuşursuzsa, əvvəlcədən planlaşdırılmış görüşlərinizə davamlı gec qalırsınızsa zamanınızı nizamlama mövzusunda çətinliklər yaşayırsınız deməkdir. Zaman-zaman günlərin 24 saatdan çox olmasını istəsək də əsl etməmiz lazım olan 24 saatı gün içərisində etməmiz lazım olan işlər arasında doğru bir şəkildə paylaşdıra bilməkdir.
 
Zamanınızı əlverişli istifadə etmənizə maneə törədən faktorlar:
 
Plansızlıq
 
Günə, gün içərisində etməniz lazım olanların planını hazırlayaraq başlamaq və ya əvvəldən hazırlamış olduğunuz planın üzərindən keçib lazımlı dəyişiklikləri edərək başlamaq gününüzü daha təsirli bir şəkildə keçməsini təmin edəcək. Gün içərisində etməniz lazım olan işlərin çoxluğu və bunları ağılda tutma səyi beynimizi davamlı məşğul edir. Davamlı olaraq bir sonra etməmiz lazım olan işi düşünmək,etdiyimiz işə konsentrə olmamıza maneə törədərək daha uzun zaman almasına, istədiyimiz nəticəni ala bilməməyimizə səbəb olur. Bu kimi vəziyyətlərdə ən praktik üsul not tutma vərdişi əldə etmək, bunu daha da irəliyə daşıyaraq təqvim istifadə vərdişi əldə etməkdir. Günümüz texnologiya gərəyi təqdim etdiyi elektron poçt proqramları gərəksə tamamilə bu iş üçün hazırlanmış proqramlar vasitəsilə klassik təqvim vərdişini ortadan qaldırmış, kompüter əsaslı ya da web-based ajandaları istifadəçilərin xidmətinə təqdim etmişdir. Beləcə hansı işə nə qədər vaxt ayırmaq lazım olduğunu müşahidə edə, işinizi sahib olduğunuz zaman diliminə görə şəkilləndirə bilərsiniz. Bu cür proqramların təqdim etdiyi "xatırlatma" xüsusiyyəti ilə bir sonrakı işinizə baş yormadan etməniz lazım olan işə yüklənə bilərsiniz.
 
Üstünlükləri Seçmək və Sıralaya bilməmək
 
Edilməsi lazım olan işləri yaxşı bir şəkildə təsnif edə bilmək doğru bir planlamanın parçalarından biridir. Ediləcək işlərin özünüz üçün ya da başqası üçün ediləcək olması, təcili ya da təxirə salına bilər olması, qısa ya da uzun sürəcək olması, xoşlandığımız bir iş olub olmaması edəcəyiniz sıralamaya təsir edəcək faktorlardandır. Seçənəkləri tərsinə doğru edə bilmək üçün əvvəl işləri doğru bir şəkildə tanımaq lazımdır. Təcili olanları ön plana almaq, xoşlandığımız işləri bir an əvvəl edərək aradan çıxarmaq, başqasına təslim edilməsi lazım olan işlərə üstünlük verərək başqasına istiqamətli məsuliyyətdən xilas olmaq kimi kiçik strategiyalar zamanınızı daha məhsuldar istifadə etmənizi təmin edəcək. Bilmədiyiniz, xoşunuza gəlməyən ya da çətin olan işlərin çoxu zaman daha çox vaxt alacağı faktorunu nəzərə alaraq zaman nizamlaması edə bilərsiniz.
 
Təxirə salmaq
 
Edilməsi lazım olan işləri üstünlük və sonralıq sıralarına görə təxirə salmaq ya da qabağa almaq fayda gətirəcəyi kimi vərdiş halına gələn işləri davamlı təxirə salma davranışı  karyeranıza zərər verəcək.
 
Özünü lazım olduğundan çox işə həsr etmək
 
Planlamanızı edərkən məhdud zaman içərisində edə biləcəyiniz işin də məhdud olduğu həqiqətini unutmamaq lazımdır. Gün içərisində çalışmaq xaricində də edilməsi lazım olan yemək yemək, idman etmək, özünə vaxt ayırmaq, yatmaq kimi ehtiyacların da aradan qaldırılması lazımdır. Bu kimi ehtiyacların sağlam bir şəkildə aradan qaldırılması fiziki və zehni olaraq yaradacaqları canlılıqla işə istiqamətli olmağınızı da məhsuldar edəcək. İndiki vaxtda müvəffəqiyyətli iş adamlarına baxdığımızda bir çoxunun gün içərisindəki boşluqlardan faydalanaraq idmana vaxt ayırdığını və bu şəkildə daha müvəffəqiyyətli olduqlarını görürük.
 
Tələskənlik
 
Bəzi insanlar işləri tez bitirmənin tələsikçi davranmaqdan keçdiyini düşünürlər və öz üzərlərində davamlı olaraq zaman təzyiqi yaradarlar. Bu cür xarakterlərə A tipli şəxsiyyət deyilməkdədir. Tələsikçi rəftar zaman rəhbərliyiylə tərs düşən bir hərəkətdir. 
 
Lazımsız Telefonlar
 
Zamanın necə də keçib getdiyini anlamadan bitib-tükətdiyimiz yerlərin başında lazımsız telefon danışıqları gəlməkdədir. Lazımsız telefon danışıqları fikrinizi dağıdacağı üçün üçün işə istiqamətli olmaq enerjinizi aşağı salacaq. Ağılınızın telefon görüşməsində keçən bir mövzuya ilişməsi çalışdığınız mövzuya yüklənmənizə mane olar. Əgər ki axtarış edəcək olan adam sizsinizsə  söhbətin uzanmasını və məqsədinin xaricinə çıxmasına maneə törətmək üçün danışacağınız adamın adını, hansı mövzuda söhbətləşəcəyinizi, soruşmaq istədiyiniz sualları və ya öyrənmək istədiyiniz məlumatları bir kağıza qeyd etdikdən sonra axtarışı etməniz həm söhbətin daha əlverişli keçməsini həm də zamandan qazanmağınızı təmin edəcək.
 
Dağınıq Stol və Otaq Nizamı
 
Çalışdığınız mühit nizamı nə zaman idarə etməyinizə təsir edəcək xüsusiyyətlərdən biridir. Not kağızlarıyla zəbt edilmiş, dağınıq bir iş stolu məhsuldar zaman rəhbərliyinin başda gələn maneələrindən biridir. Nizamsız tutulmuş qeydlər, kimə aid olduğu bəlli olmayan telefon nömrələri, hansı zamanda yazıldığı müəyyən olmayan xatırladıcılar sizi lazımsız yerə məşğul edəcək. Not kağızlarını işləri bitər-bitməz atmaq sizə daha geniş iş mühiti təmin edəcək ancaq burada diqqət edilməsi lazım olan nöqtə, not olaraq tutduğunuz məlumatları tapmaq çətin ya da yenidən ehtiyac duyulması olabiləcək məlumatlardısa, atmadan əvvəl girişi asan və sağlam mənbələrə qeyd olunmağından əmin olunmalıdır.
 
 
TƏRCÜMƏ ETDİ: KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN