Bu cütlükləri mütləq tanımalısınız

0
1714
Bu cütlükləri mütləq tanımalısınız

 Sizə indi təqdim edəcəyim siyahıda dünyanın ən qəribə cütlükləri yer alıb. Hansılar ki, münasibətləri başladığı ilk günlərdən rezonans doğurub.


Ən gənc cütlük
 
9 yaşındaki Cayla Cooper həyat yoldaşı axtarmaq üçün çox gəzməli olmayıb. Cayla iki ildir ki, talassemiya xəstəliyi ilə mübarizə aparır. O, müalicə edildiyi xəstəxanada 7 yaşlı Cose Griqs adlı oğlanla tanış olub və təntənəli şəkildə onunla evlənib.

Ən böyük boy fərqi
 
Fabien Pretou və Natalie Lucius aralarında ən çox boy fərqi olan cütlükdür. Ərin boyu 188.5 sm, həyat yoldaşının ki, isə 94 sm-dir.

Ən çox yaş fərqi olan cütlük
 
112 yaşındaki somalili bəy özündən 95 yaşlı kiçik qızla ailə həyatı qurub. Əhməd Muhamməd Dore və Safia Abdulleh eyni kənddə yaşayarkən tanış olublar.

Ən qısa cütlük
 
Duqlas Breqer da Silva və Klaudia Roşa 1998-ci ildə Brazilyada evləniblər. Bəyin boyu 90 sm, gəlinin ki isə ondan 3 sm böyükdür.

Ən çox ayrı qalan cütlük
 
60 il əvvəl evlənən Boris və Anna Kozlov yalnız 3 gün evli qalıblar. O vaxt Boris müharibədə iştirak etmək üçün cəbhəyə yollanıb. Qayıdandan sonra isə həyat yoldaşının Sibirə sürgün edildiyini eşidib və onu tapa bilməyib. Nəhayət 60 il sonra 80 yaşlı cütlük biri-birini tapa bilib.

Eyni adlı cütlük
 
İnternetdən tanış olub evlənən cütlüklər artıq heç kimi təəccübləndirmir. Texas və Floridadan olan gənclərin tanışlığı isə özünəməxsusluğu ilə seçilir. internetdə tanışan cütlüklər eyni ad və soyada sahibdirlər. Kelli Hildebrandt adlı qadın və kişi bir müddət görüşəndən sonra evləniblər.

Ən böyük cütlük
 
Anna Haininq Svan dünyaya gələndə 9 kq çəkisi olub. 5 yaşında isə qızın boyu 140 sm olub. 2 metrdən artıq boyu olan qadın 219 sm boyu olan Martin Van Burenlə ailə həyatı qurub. Onların boylarının uzunluğu 4,5 metrdən artıq olub.

ŞƏRH YAZIN