Kişiləri tanıyaq!

0
2430
Kişiləri tanıyaq!

 Onları tanımaq da elə asan deyil. Məsələn, agressiv qadın və aqressiv kişi xarakteri arasında fərq böyükdür. Ona görə, onları daha yaxşı tanıyaraq münasibətinizi, ünsiyyətinizi necə quracağınıza qərar verə bilərsiniz. 


İllərin müşahidələrinə görə, daha çox qadınlar kişilərlə münasibətlərinin başlanğıcında onları tanıya bilmirlər. Onlara gərəyindən çox dəyər verərək, sonrakı mərhələlərdə peşman olurlar, daha sonra da dəyişmələrini istəyir və ya tələb edirlər. Təbii ki, bu, sadəcə qadınların başına gəlmir, eyni zamanda kişilər də belə halla qarşılaşırlar. Buna eşqin korluğu deyilir.

Belə vəziyyətdə nə etmək lazımdır? 

Bir müddət sevgi hisslərini ürəyimizdə qıfıllayıb məntiqli düşünməyə cəhd göstərmək lazımdır.

Gəlin, birlikdə kişilərin hansı tipə mənsub olduğuna baxaq:

1. Passiv aqressiv kişi tipi – ilk baxışda sakit görünən bu tip kişilərin günlərin birində alov püskürəcəyini təxmin edə bilməzsiniz. Belə kişilər özünə qapalı, səssiz, qaydalar qoymayan, amma sizin qaydalarınıza tabe olan, nə desəniz edən, sizi tənqid etməyən, sizə tərs olmayan davranışları ilə zamanla heyranlığınızı qazana bilirlər. Bu tiplər sizə əsəbləşsələr belə, bunu dillərinə gətirmir, ürəklərində saxlayırlar və bu da onların ən təhlükəli tərəfləridir. Passiv aqressiv kişi tipinin sizinlə xoşbəxt olduğunu sanarsınız, amma günlərin bir günündə və ya təxmin etmədiyiniz zamanda bomba kimi elə partalayar ki, şok olarsınız.

Mütəxəssislərin tövsiyyələrinə görə, bu tip kişilərlə münasibətlərinizdə problem varsa, onlarla tez-tez bu haqda danışmalısınız. Onlar özləri bu haqda danışmaqdan boyun qaçıracaqlar. 

2. Meqaloman kişi tipi – ( Meqaloman , yunan dilindən μεγαλο - çox böyük, şişirdilmiş , μανία - ruhi xəstəlik deməkdir.Bir şeyə,bir fikrə həddindən artıq mübtəla olmaqdan ibarət ruh halı ) onunla göz-gözə gəldiyiniz zaman özünə inamına heyran qalırsınız. Bu tip kişilərin sanki “Dünya mənimdir” davranışları qadınların xoşuna gəlir. Qadınlar ilk zamanlarda onların yanında özlərini “etibar”da hiss etsələr də, bir müddət sonra bu hissin “boş” olduğunun fərqində olurlar.

Bu tip kişilər özlərindən başqa kimsəni düşünməzlər. Onların saxta “Mən hər şeyəm” görünüşləri münasibətlərin sonrakı səviyyəsində sizi zədələyə bilər. Heç bir zaman sizin üçün fədakarlıq etməz, uğurlarınızı tərifləməz, gözəlliyinizi vurğulamazlar və belələri ilə həyatı paylaşmaq mümkün deyil. Çünki, onlar paylaşmağı bilmirlər. 

3. Hiperaktiv kişi tipi – diqqətləri dağınıq, düşüncələri qeyri-sabit olur. İş həyatında müvəffəqiyyət qazana bilmirlər. Bir insana bağlana bilmirlər. Nəinki həyat yoldaşını, hətta işlərini də dəyişirlər. Tez-tez iş dəyişdirməklə ətrafdakılarını da yorurlar. Onları anlamaq mümkün olmur, çünki, heç özləri də özlərini anlamırlar. 

4. Paylaşmanı sevən kişi tipi – bəziləri özünə qapalı, bəziləri isə əksinədir. Onlar sizin problemləriniz olan zaman yanınızda hazır olurlar. Əvvəllər ona inanmaqda çətinlik çəkərsiniz, amma sonralar dəyərini anlayaraq onu kəşf etməyə başlayarsınız. Bu kişilər paylaşmaqdan o qədər xoşlanırlar ki, hətta bu, bəzən sizi bezdirə bilər. Onlar üçün “Mən” deyil, “Biz” vardır. 

ŞƏRH YAZIN