Gül Verəndə Gül Qoxusu, Sevən İnsanda Sevgi Qalır

0
15695
Gül Verəndə Gül Qoxusu, Sevən İnsanda Sevgi Qalır

 Kişilər qadınlar kimi hisslərini biruzə verməyi, özlərini rahat ifadə etməyi bacarmazlar. Səssiz qalmağa üstünlük verərlər. Psixoloq Andra Brosh isə kişilərin duyğularından xəbərdar olmaq üçün hərəkətlərini izləməyin kifayət etidiyini deyir. 


1. Güclü və qəhrəmanın olduğunu hiss etdirməyə ehtiyacım var. Həyat yoldaşınız sizin onu gücsüz və bacarıqsız hesab etdiyini düşənə bilər. Məsuliyyətinin çoxunu öz üzərinizə götürmüş və ona söz deməyə imkan vermirsinizsə, bunun baş verməsi təəccüblü deyil. Öz məsuliyyətini dərk etməyə və öhdəsindən gəlməyə kömək etməlisiniz. 

2. Bəli, o qadına baxırdım. Kişilərin beyni yeni şeyləri qadınlardan daha tez dərk edir. Getdiyiniz məkanda sizdən daha gənc bir qadına baxması, onu sizdən üstün tutduğunu göstərmir. Sizinlə evlənib, sizinlə yatır, sizinlə əl-ələ tutur və sizi sevdiyini deyirsə, narahat olmağa heç bir əsas yoxdur. 

3. Hamısı mənə eyni cür görünür. Kişilərdən soruşduğunuz “Həyatım səncə, bu geyim mənə yaraşır?” sualının cavabı düşündüyümüz kimi obyektiv deyil. Kişilər üçün geyimdən çox onu hansı qadının geyindiyi daha əhəmiyyətlidir. Sizi sevir və heyranlıqla baxırsa, üzərindəki geyim onlar üçün o qədər də maraqlı deyil. Üstəlik zövqünə güvəndiyi qadının nə geyindiyinin heç bir fərqi yoxdur. 

4. Sevişmək gözəldir, amma sekslə məşğul olaq... Kişilər sevdiyi qadına baxmaqdan, toxunmaqdan və onun birlikdə olmaqdan hədsiz zövq alır. Ancaq onların orqamz istəyini və bundan həyacan keçirdiklərini də, unutmayın. 

5. Bəzi cinsəl fantaziyalarım var... Hər bir kişinin bəzi fantaziyaları var. Bəzi kişilər onları həyat yoldaşları ilə bölüşür, bəziləri isə qətiyyən demir. Bunun ən böyük səbəblərindən biri utanmalarıdır. Həyat yoldaşınızın sizinlə rahat olması üçün şərait yaratsanız və bu hissi onlara aşılasanız, istəklərini dilə gətirməsi asan olacaq. 

6. Bəzən həqiqətən də səsini eşitmək istəmirəm! Bu, sizi sevmədiyi və sizə dözə bilmədiyi demək deyil. Kişilərin çox danışan qadını xoşlamadığı və hərdən tək qalmaq arzusunu anlayışla qarşılamalısınız. Belə anlarda küsmək yersizdir. Onu öz düşüncələri ilə baş-başa buraxın...

7. Sakitlik üçün yalan dedim. Kişilər həyat yoldaşlarının reaksiyasından qorxduğu üçün kiçik yalanlara əl atırlar. Yalanı pis niyyətlə deyil, qanqaraçılıq çıxmaması üçün söyləyirlər. Hər şeyi tənqid edən və qışqırıb-bağıran qadın tipi olsanız, bu yalanların artacağından əmin olun. 

8. Özünə daha çox baxmalısan... Baxımlı qadınla görüşmək hər kişinin xoşuna gəlir, həm də qürur duyur. Hər nə qədər qısqanc olsa da, ətrafdakıların onun qadınına heyranlıqla baxmasından qürur duyacaq. Sizə açıq şəkildə deməsə də, hər zaman baxımlı olun. 

9. Bütün çirkili işləri mən görmək istəmirəm! – Evlilikdə qadınların və kişilərin üzərinə düşən vəzifələri olur. Ancaq o, sırf kişidir deyə, bütün işləri ona gördürmək düzgün deyil. O sizə süfrəni təmizləməyə kömək etdiyi kimi, siz də ağır işlərdə bacardığımız köməyi əsirgəməyin. 

10. Maddi yükü çəkə bilmirəm... Kişi olduğu üçün evi saxlamaq məcburiyyətində olduğunu hiss etdirməyin. Artıq qadınlar da həyat yoldaşına maddi yardım edir və karyera sahibi olur. Bir-birinə dəstək olub işləyirlər. Nə qədər qazandığının heç bir əhəmiyyəti yoxdur. Dəstək vermək üçün həvəs göstərmək bəs edir.

ŞƏRH YAZIN