Artur Şopenhauerin söz xəzinəsindən

0
5070
Artur Şopenhauerin söz xəzinəsindən

Siqaretin ziyanlarından hər birimizin xəbəri var. Ancaq siqaret ucbatından korluq yaranma ehtimalını bilirdinizmi?    


Siqaret yaş artdıqca ortaya çıxan sarı nöqtə xəstəliyinin inkişafını sürətləndirir və kor olma riskini artırır. Xüsusən 60 yaşdan sonra ortaya çıxan gözlərdəki sarı nöqtə xəstəliyinin ən böyük səbəbi siqaret çəkməkdir. Siqaret bu xəstəliyə yoluxma riskini 2-4 dəfə artırır. Əgər bu xəstəlik genetikdirsə, siqaret  çəkmək xəstəliyin riskini daha çox artırır. Sarı nöqtə xəstəliyi əşyaları, xətləri əyri və qırıq görmək, rəngləri seçməkdə çətinliklər kimi əlamətlərlə özünü büruzə verir. Siqaret torlu qişanı qoruyan vacib antioksidan olan luteinin ifrazını azaltdığı üçün siqaretdən istifadə edənlərdə luteinin səviyyəsi aşağı olur və sarı nöqtə xəstəliyinin riski çox yüksək olur. 
 

ŞƏRH YAZIN