Enerji Ehtiyatınızı Artırın

0
1998
Enerji Ehtiyatınızı Artırın

İşləməyə həvəsiniz qalmayıb? Enerjiniz tükənib? O zaman nə etməliyik?
Ara-sıra hər birimizin zehni sağlıq gücünə ehtiyacımız olur. İşdən uzaqlaşmamız, zehnimizi və bədənimizi dincəltməyimiz lazım olur. Amma iş yerindən icazə almanız da mümkün deyil.
Sizə işdən uzaqlaşmadan sıxıntınıza yaxşı təsir edəcək ipucları təqdim edirik.
Özünüzü təşviq edin! İşə gedərkən özünüzü ən sevdiyiniz qəhvə, ya da başqa bir şeylə mükafatlandırın. Günorta yeməyi üçün gözəl proqram təyin edin. İşdən sonraya maraqlı plan qurun. Özünüzə daha xoşbəxt olduğunuzu xatırladın.
Hər şeyi tək addımda edin! Körpə addımları ilə yeriyin. Yataqdan qalxın, duş qəbul etməyə gedin, səhər yeməyini yeyin və evdən çıxın. Hərəkət etdikcə enerjinizin artdığını görəcəksiz.
İşləri asanlaşdırın! Avtobus yerinə piyada gedin. Rahat geyimlər geyinin. Ediləcəklər siyahısından bir neçə maddəni çıxarın.
Sürəti buraxın. Hər gün yüksək sürətlə gedə bilmərsiz. Bəzən avtomatik pilota ehtiyacımız ola bilər. Arada yaşanan düşük enerji əslində insanların sürətli gedə bilmələri üçün lazım olan istirahət zamanıdır. Bir az yavaşlamaq o qədər də pis deyil.
Radardan kənar irəliləyin! Əgər motivasiyanız yoxdursa, həmin gün müdir, ya iş kollektivi ilə çox ünsiyyətdə olmamalısız. Mümkün olduğu qədər özünüzü təcrid edin. Görüşləri başqa günə təxirə salın.
Sizin üçün ən rahat işi görün! Bəlkə də bu gün böyük layihəni tamamlamaq günü deyil. Buna görə çox xırda işləri görün. Enerjiniz düşük olduğundan təxirə saldığınız ən xırda əhəmiyyətsiz işləri görün.
Başqa birinə kömək edin! Birini tərifləmək, yardım etmək özünüzü yaxşı hiss etmənizə kömək edəcək.
Təşəkkür edin! İşə getmək istəməməyinizin səbəblərini bir kənara qoyub işin yaxşı tərəfini düşünün. Xəstə deyilsiz, həyatdasız, işiniz var.
Özünüzə baxın! Bir neçə dəqiqəlik fasilə verin, meditasiya edin. Mümkün olanda işdən çıxıb qısa piyada gəzinti təşkil edin .
Dincəlin, idman edin və yaxşı qidalanın!!!

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN