Bədən Dilində Bölgələr

0
3216
Bədən Dilində Bölgələr

Bölgə, şəxsin öz vücudunun uzantısı imiş kimi mənimsədiyi bir sahə və ya boşluqdur. Hər birimizin hasarlarla əhatə olunmuş evi, maşınının içi, yataq otağı və ya stulu vardır. Vücudun ətrafındakı bu boşluğa müdaxilə edildiyində  insanların reaksiyaları necə olur? 

Şəxsi zona
Bir çox heyvanın vücudunun ətrafında öz şəxsi sahələri olaraq sahib çıxdıqları bəlli olan bir boşluq vardır. Bu boşluğun böyüklüyü təməldə heyvanın böyüdüyü  sahənin nə qədər sıxışıq olduğu ilə əlaqədardır. Afrikanın uzaq bölgələrində yaşayan bir aslanın bölgəsindəki boşluq, o bölgədəki aslan populiyasiyasının sıxlığına bağlı olaraq əlli kilometr və ya daha artıq sahə ola bilər. Digər tərəfdən əsarət altında böyüdülən bir aslanın şəxsi sahəsi həmin şərtlərin təbii bir nəticəsi olaraq sadəcə bir neçə metrəlik bir böyüklüyə sahib ola bilər.
 
Heyvanlar kimi insanın da özü ilə daşıdığı portatif bir “hava qabarcığı” vardır və bu qabarcığın böyüklüyü yaşadığı bölgədəki əhali sıxlığı ilə bağlıdır. Bu halda danışdığımız şəxsi zona  məsafəsi mədəni olaraq müəyyənləşir. Yaponlar kimi bəzi mədəniyyətlər sıxlığa alışıq ikən, bəzi başqa mədniyyətlər geniş açıq sahələrə alışıqdırlar və məsafəni qorumağı sevərlər. 
 
Bölgə məsafələri
1)Məhrəm zona - İnsanlar bu bölgəni şəxsi malları imiş kimi mənimsədikləri üçün bütün bölgələr arasında ən əhəmiyyətli olanı “məhrəm bölgədir”. Sadəcə şəxsə duyğusal olaraq yaxın olanların bu bölgəyə girməsinə icazə verilər. Məhrəm bölgə içərisində bir də sadəcə fiziki təmas zamanı girilə bilən və bədəndən uzaqlığı 15 sm olan bir alt-bölgə vardır. Bu da yaxın məhrəm bölgədir. 
2)Şəxsi  zona- Bu bölgə kokteyllərdə, ofis yığıncaqlarında, sosial tədbirlərdə və dost görüşlərində başqaları ilə aramızda olan məsafədir.
3)Sosial zona- Yadlarla, məsələn: evimizdə təmirlə məşğul olan usta və ya bağban, poçtalyon, satıcı, iş yerindəki yeni işçi və çox yaxşı tanımadığımız insanlarla aramızda olan məsafədir. 
4)Ortaq zona- Çoxsaylı bir qrupa xitab etdiyimizdə paylaşdığımız məsafə ortaq zonadır. 
Bölgə məsafələrinin praktik tətbiq olunması
Normal olaraq məhrəm zonamıza başqa birisi aşağıdakı iki səbəblə girə bilər. Birincisi yaxın bir qohum və ya dostdur ya da bizə cinsi yaxınlaşmağa çalışmaqdadır. İkincisi isə qarşımızdakının təcavüzkar olması və bizə hücum etmək üzrə olmasıdır. Şəxsi və ya sosial zonalarımıza yadların girməsinə dayana bilsək də, kiminsə məhrəm zonaya girməsi bədənimizdə fizioloji dəyişikliklərə səbəb olur. Ürək qanı daha sürətlə vurar, adrenalin artar və mümkün olan bir “qaç və ya hücum et” vəziyyətinə hazırlıq görülərkən beyin və əzələlərə daha artıq qan gedər.
Konsertlər, kinoteatr, liftlər, qatar və ya avtobusların sıxlıq olması başqa insanların məhrəm zonalarına girilməsini qaçınılmaz edər. Şərq ölkələrinin bəzilərində insanların dolu bir lift  və ya nəqliyyat vasitələrində qatı bir şəkildə riayət etdikləri bir sıra yazılı olmayan qanunlar vardır.
*Tanıdığınız birisi də daxil olmaqla heç kimlə danışmamalısınız. 
*Başqaları ilə göz təması qurmamalısınız.
*Hisslərinizi bəlli etməməlisiniz.
*Əlinizdə kitab və ya qəzet varsa diqqətinizi ona verməli, başınızı ondan ayırmamalısınız.
*Sıxlıq nə qədər çoxdursa, o qədər də az hərəkət edə bilərsiniz.
*Liftlərdə başınızın üstündəki və ya qarşınızdakı mərtəbə nömrələrini izləmək məcburiyyətindəsiniz.
 
Qəbul etmə
Xüsusilə qadınların kiçik nüansları belə fərq edən bir gözə sahib olduqları üçün qadın hissiyyatı deyə adlandırdığımız  bir bacarığa sahib olduqları düşünülür. Onlara bunu qazandıran kiçik detallara önəm verib diqqət etmələri və bunun nəticəsi olaraq da sözlü olmayan davranışları yaxalamaq və onları daha yaxşı şərh etmək bacarığıdır.Buna görədir ki, kişilərin çoxu yaxalanmadan həyat yoldaşlarına yalan söyləyə bilmirlər. Qəbul etmə gücü, xüsusilə də uşaq böyütmüş qadınlarda daha qüvvətlidir. 
 
Hərəkətlər
Aparılan araşdırmalara görə, hərəkətlərimizin bir hissəsi anadangəlmə, genetik olaraq gəlməkdə, bir hissəsi isə sonradan qazanılan, öyrənilən mədəniyyətimizlə bağlı hərəkətlərdir. Uşaqlar anadan olan kimi əmmə aktına malik olurlar. Ya da anadangəlmə eşitmə və nitq qüsurlu olan birinin gülmə kimi bir üz hərəkəti nə sonradan öyrənilmişdir, nə də təqlid olunmuşdur.
Sözlü olmayan hərəkətlərin çoxunu sonradan öyrənirik və bunların bir çoxu dünyanın hər yerində eyni mənaya gələn hərəkətlərdir. 
 
Baş sallama: Dünyanın hər yerində “bəli” mənasını verir.
 
Başı iki tərəfə sallamaq: “Xeyr” mənasına gəlib, rədd etməkdir.
Açıq ovuclar, azca aşağı endirilmiş çiyinlər, qalxmış qaşlar ilə çiyin atmaq “bilmirəm” mənasını verir və bəhsedilən şeydən xəbəriniz olmadığı göstərmək ya da mövzu ilə maraqlanmadığınızı göstərmək üçün istifadə olunur.
 
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN