Gözlərimiz Bizi Ələ Verir

0
3651
Gözlərimiz Bizi Ələ Verir

 

Onların baxışları yenə toqquşdu və bir-birlərinə qarşı güclü cazibə duydular. İnsan hansı davranışını bədənindən çölə çıxarırsa, bir müddət sonra bədən kimyasında meydana gələn dəyişiklər səbəbiylə, o istiqamətdə duyğular yaşamağa başlayır. Sıxıntılı bir insan kimi davranmaq , daxili çətinliyin artmasına səbəb olar. Amma onların baxışları sıxıntıya aralarında yaranan cazibə rabitəsindən yaranırdı. Naqildə elektrik cərəyanı almaq üçün, naqildə elektrik sahəsi yaratmaq lazımdır-kimi bir fizika qanunu burada özünü doğruldurdu. Elektrik sahəsi hələ onların ilk görüşündə yaranmışdı və onlar hər ikisi sükutla bir-birlərini anlayırdılar.

 

 

Gözəgörünməz rabitə əsnasında gözlər olduqca çox istifadə edilir. Qadınlar gözlərini vurğulamaq üçün göz makiyajından ustalıqla faydalanırlar. Bir qadın bir kişiyə vurularsa, ona baxarkən göz bəbəklərini böyüdəcək və kişi də fərqinə varmadan, bu mesajı olduğu kimi şərh edəcəkdir. Bu səbəblə romantik görüşlər göz bəbəklərinin böyüməsinə səbəb olan münasib yerlərdə reallaşarlar. Bir-birlərinin gözlərinə baxan gənc aşiqlər özlərindən asılı olmayaraq, qarşı tərəfin göz bəbəklərinin böyüyüb, böyümədiyinə hər zaman baxarlar. Hər biri, digərinin göz bəbəklərinin böyüməsindən həyəcanlanarlar.

 

"Ehtiras və Məqsəd" romanından

ŞƏRH YAZIN