Onu bədən dili ilə tanıyın!

0
3130
Onu bədən dili ilə tanıyın!

 Hər kəs çox asan şəkildə yalan söyləməyi bacarır. Yalanı dillər söyləsə də, bədən bu yalanı ifşa edir. Ona görə, bədən dilini bilmək önəmlidir. Sizə bədən dili ilə bağlı bir neçə taktikanı öyrədəcəyik. Sizə öyrədəcəyimiz bu taktikalarla sevdiyiniz adamı daha yaxşı tanıya bilərsiniz.


Eyni mühitdə olduğunuza görə, mütləq bir an göz gözə gələcəksiniz. Bu müddətin ən qədər uzun sürəcəyi əhəmiyyətlidir. Əgər siz maraq sahəsində deyilsinizsə, baxışlarını qısa müddətdə çevirəcək və bir daha sizinlə maraqlanmayacaq. 

Uzun müddət baxırsa və hətta başınızı hər çevirdiyinizdə gözləriylə üzləşirsinizsə, artıq addım atıla bilər deməkdir.

Sevgilisi olan kişilər ilk addımı atmaqda daha bitərəf davranarlar ancaq kişilərin bir çoxunun içində eşqbazlıq etməyi sevən bir yan vardır. Buna görə baxışmalardan və kiçik eşqbazlıq hərəkətlərindən xoşlanarlar.

Bir bəhanə ilə danışmağı başlada bilər. Qələmin var mı və ya saat neçə deyə soruşa bilərsiniz. Əgər sizinlə maraqlanırsa, söhbətə başlamaq üçün fürsət qapınızdadır.

Bir az ümumi məsələlərdən bəhs etdikdən sonra, soyadını öyrənib Facebookdan əlavə tələb edə bilərsən. Beləcə fotoşəkillərini və əlaqə vəziyyətini görmə şansınız olar.

Telefon nömrəsini istədiyində əgər tərəddüd etmədən verirsə, ciddi bir əlaqəsi olmadığını anlaya bilərsiniz. Əgər düşünür, sözü geveliyir və sonra verirsə; bu mövzuda bir az narahat olmağa dəyər.

Bir-birinizdən xoşlandığınızı açıqca müəyyən etdiyinizdə, bunu ən dürüst şəkildə soruşa bilərsiniz. Bir qız yoldaşı olub olmadığını öyrənməkdən daha təbii nə ola bilər ki?

Cavabının nə qədər doğru olduğunu bilmirsinizsə, onu hər həftə edilən və nizamlı olaraq gedilən bir fəaliyyətə dəvət edib, reaksiyasını ölçə bilərsiniz. Tutduğu komandanın kombinə biletini alıb hər matça birlikdə getməyi təklif edə bilərsiniz. Bir xarici dil kursuna həftə sonları getməyi təklif edə bilərsiniz.

Sizinlə davamlı eyni mühitdə və müəyyən saatlarda birlikdə olmağı qəbul edərsə, sevgilisinə nə bəhanə tapacaq, deyil mi?

Ancaq ən təsirli üsullardan biri; sevgilisi olub olmadığını soruşduğunuzda verdiyi cavabı dəqiq anlamaqdır. Niyə? Çünki dil yalan söyləyər amma bədən söyləyə bilməz.

Əllərini qabaqda bağladısa, göz hərəkətləri sürətləndisə, gözü sağa və ya bir obyektə baxırsa, saçlarıyla və ya üzünün fərqli nöqtələriylə oynayırsa, zaman qazanmaq üçün problemə sualla cavab verirsə, tərəddüd edirsə, gərəksizcə uzun və ətraflı cavablara girirsə; cavabında şübhə duymaqda haqsız sayılmazsınız.

ŞƏRH YAZIN