Eft Nədir?

0
3199
Eft Nədir?

Həyatımızda bir çox problem yaşayırıq, bunlara verdiyimiz reaksiyaların təbiəti isə həyat səviyyəmizi, sağlamlıq və xoşbəxtlik əmsalımızı meydana gətirir. Zehnimizin mənfi qiymətləndirmələri bəzən illərlə davam edir, vərdişlərimizə əsaslanaraq düşündüklərimiz bizi bədbəxtliyə, uğursuzluğa, müxtəlif narahatlıqlara aparır. Hamımız başımızdan pis bir hadisə keçdikdə, mənfi və dərin bir təcrübə yaşadığımızda bunun təsirlərini illərlə daşıdığımızı bilirik.
EFT ilə həyatınızın hər sahəsində yaranan problemləri həll edə bilər, cazibə qanunlarına görə, verəcəyiniz doğru mesaj və pozitiv düşüncələr ilə yalnız sağlamlığınıza deyil, bolluq və bərəkət də əldə edə bilərsiniz. Stanforddan məzun olmuş bir mühəndis olan Gary Craigin 90-cı illərdə inkişaf etdirdiyi bu metod —asan tətbiqi  və sadəliyi ilə çox geniş istifadə edilir. Çinli Shaolin rahiblərin 5000 - 7000 il əvvələ əsaslanan məlumatları bu tədrisə də təməl olmuşdur.
EFT bütün dünyada yüz minlərlə adamın uğurla tətbiq etdiyi bir ENERJİ psixologiyası texnikasıdir. Qısaca iynəsiz akupunktur və emosional idman olaraq təyin edə bilərik. Enerji bədənimizdəki axınlar EFT ilə yenidən təşkil edilə bilər və bizi fiziki narahatlıqlara qədər aparan enerji axınının hərəkətini dayandıran səbəblər ortadan qalxa bilər.
Sizi narahat edən və sisteminizi zəiflədən duyğulardan uzaqlaşdıqca,daha sağlam və xoşbəxt olarsınız, məhsuldarlığınız artar. Düşünülənin əksinə,yalnız psixoloji narahatlıqlarda deyil, bütün fiziki narahatlıqlarda bu texnikadan faydalanmaq mümkündür
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN