Eft Təhsili

0
2503
Eft Təhsili

EFT(Emotional Freedom Technique)— bir növ psixoloji masaj üsuludur. Çinlilər minlərlə ildir ki, müxtəlif enerji üsullarından istifadə edirlər. EFT,  tibbdəki enerji meridianları ilə kinestetika elminin çox müvəffəqiyyətli sintezidir. 

Enerji meridianları istifadə etibarilə iynəbatırmaya  çox bənzəyir. Fərq bundadır ki, bu texnikada iynələrin yerinə, bədənin müəyyən nöqtələrinə barmaq ucu ilə bir sıra toxunuşlar edilir. Bu toxunuşları edərkən,müəyyən bir problem üzərinə diqqət verilər. EFT tətbiqi zamanı müsbət düşüncələr yaratmaq üçün müsbət şeylərdən danışmaq əhəmiyyətlidir. 
 
İstər emosional, istərsə də fiziki narahatçılığın əsasında enerji tutulmaları durur. Edilən bu toxunuşların vasitəsilə enerji tutulmaları açılır. Enerjini pozan ən əhəmiyyətli səbəb;mənfi duyğu və düşüncələrdir. 
EFT, öyrənilməsi və tətbiq edilməsi son dərəcə sadə bir texnikadır. Hər yaş qrupundan, hər bir fərd asan bir formada tətbiq edə bilər və faydasını da görər. Əgər problem çox ciddidirsə, bu problemlərin altındakı səbəbləri tapmaq üçün mütəxəssislər sizin köməyiniz ola bilər. Bu texnikanın tətbiqini öyrənənə qədər, bir neçə seans mütəxəssislə çalışmaq lazımdır.
 
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN