Eft Seminarı

0
2813
Eft Seminarı

EFT Stanford Universitetində bir mühəndis olan Qari Kreyg tərəfindən inkişaf etdirilmiş enerji texnikasıdır. Çinlilər, 5000 ildir ki, bədənin enerji sistemini, bu enerjinin insan sağlamlığı üzərindəki təsirini bilir və müvəffəqiyyətlə istifadə edirlər. Yəni enerji texnikası heç də yeni bir sahə deyil. Lakin xüsusilə son 20 ildir ki, şərqin mövcud olan biliyi ilə qərbin analitik yanaşmaları birləşdirilərək sadələşdirilmiş və hər bir kəsin asanlıqla tətbiq edə biləcəyi texnika halına gəlmişdir. Əslində, EFT Çin tibbindəki enerji meridianları ilə kinestetika elminin çox müvəffəqiyyətli sintezidir. Başqa bir sözlə desək EFT nöqtələrə təsir etməkdir . 

EFT texnikasının ən təsirli xüsusiyyətləri bunlardır:
1. Tez bir zaman ərzində nəticə əldə edilən bir texnikadır. 
2. Təsirli və uzun müddət qalıcı bir texnikadır. 
3. Təhlükəsiz bir üsuldur. Bədən üzərində itələmə, sıxma kimi hərəkətlər edilməz. Dərman və hər hansı bir kimyəvi maddədən istifadə edilmədiyi üçün heç bir təhlükəsi və əks təsiri yoxdur.
4. Asan tətbiq edilən bir texnikadır. Öyrənmək və tətbiq etmək son dərəcə asan və sadədir.
5. Hər bir problem üçün tətbiq edilə bilər.
 
EFT, həyatımızın hər bir sahəsində yaranan bütün problemləri həll etmək qabiliyyətinə malikdir. 
 
Korrektə etdi: Günel İbadova
 

ŞƏRH YAZIN