5 Meymun Hekayəsi İlə Öz Qəfəsinizi Kəşf Edəcəksiniz

0
11212
5 Meymun Hekayəsi İlə Öz Qəfəsinizi Kəşf Edəcəksiniz

Məşhur 5 meymun hekayəsini bilməyən yox dərəcədədir. Yazımızda bu şəxsi inkişaf hekayəsini sizlərə xatırladıb içində olduğumuz qəfəsi görməyinizi istədik.

Bir qəfəsə 5 meymun qoyurlar.
Ortaya da bir nərdivan, nərdivanın təpəsinə də iplə bananları asırlar. Hər bir meymun nərdivanları çıxaraq bananlara çatmaq istədiyində isə qəfəsin üstündən buz kimi soyuq su tökürlər.

Hər bir meymun eyni sınağı keçirdir və buz kimi soyuq su ilə isladılır. Bütün meymunlar bu sınaqlar sonunda islanırlar.

Bir müddət sonra bananları yemək üçün hərəkət edən meymun digərləri tərəfindən əngəllənir və qəfəsdəki digər meymunlar tərəfindən  yaxşıca döyülürdü. Çünki artıq bunu çox yaxşı bilirlər ki, hansı meymun bananları almağa təşəbbüs etsə müvəffəqiyyətli olmayacaq. Buz kimi soyuq su təpələrindən aşağıya töküləcəkdir.

Bir müddət sonra meymunlar, bu həqiqəti qəbul etmiş olaraq qəfəsin içində yemək istədikləri amma yeyə bilməyəcəklərini çox yaxşı anlamış olduqları bananlara baxaraq gəzməyə başlayırlar.

Daha sonra, qəfəsdəki bu meymunlardan birini çölə çıxarıb yerinə yeni bir meymun qoyarlar.  Adı "A" olsun.

Qəfəsə yeni gələn meymunun ilk etdiyi iş bananları yemək üçün nərdivana dırmaşmaq olur. Lakin digər meymunlar buna icazə vermirlər və yeni gələn meymun A-ya maneə olmağa çalışırlar. Yeni gələn meymun nə səbəbə əngəlləndiyini anlamaz. Ac olan və yeni gələn bu meymun bir az sonra bir sınaq daha edər. Lakin, bu sınaq ona baha başa gələr. Çünki  digər meymunlar tərəfindən daha nərdivana çatmadan yenə maneə törədilər və elə ordaca  döyülər.

Qəfəsə yeni gələn və döyülən meymun  digər meymunlar tərəfindən nə səbəbə döyüldüyünü heç cür anlaya bilməz. Hər sınağında döyüləcəyini anladığından artıq o da digər dörd meymun kimi qarnı çox ac olduğu halda asılı dayanan bananlara uzaqdan baxaraq qəfəsin içində gəzməyə başlayır.

Bir müddət sonra islanmış meymunlardan biri daha qəfəsin xaricinə alınır və yerinə yeni bir meymun qoyulur. Adı "B" olsun.

Qəfəsə yeni gələn meymun B, qəfəsə girən kimi ilk etdiyi iş bananlara çatmaq üçün nərdivana dırmaşmaq olur. Elə ilk cəhdində digər meymunlar tərəfindən döyülür…

İşin ən maraqlı tərəfi isə bu ikinci meymun B-ni ən şiddətli və istəkli döyən  yeni gələn meymun A-dır.

İslanmış meymunlardan üçüncüsü də dəyişdirilir. Ən yeni gələn meymun (adı  "C" olsun)  ilk hücumunda cəzalandırılır.

Yeni gəlmiş iki meymun A və B, ən yeni gələn meymun C-ni niyə döydükləri barədə heç bir fikrə sahib deyillər.
Son olaraq, ən əvvəl islanan meymunlardan ikisi də yeniləriylə D və E  dəyişdirilir.

Qəfəsə ən son gələn bu iki meymun, bananları gördükdə dərhal nərdivana qaçarlar. Lakin, qəfəsə bu iki meymundan daha əvvəl gelib eyni hərəkəti etdikləri zaman əvvəlki  meymunlar tərəfindən döyülən və nə üçün döyüldüklərini bilməyən meymun A, B və C, bu yeni gələn meymun D və E-ni, özləri daha əvvəl necə döyülmüşdülərsə  eynilə o şəkildə döyərlər.

Lakin, çox maraqlıdır, qəfəsə ən son gələn bu iki meymunu (D.E), qəfəsə onlardan əvvəl gelib daha əvvəlkilər tərəfindən döyülən meymunların niyə döydükləri barədə ən kiçik fikirləri belə yoxdur.

Üstlərində bir salxım banan asılı olduğu halda, artıq heç biri nərdivana yaxınlaşmır.

Tərcümə Etdi: Aytən İsmayılova

 

ŞƏRH YAZIN