Uzaq dağ kəndlərinin birində çox kasıb bir ailə varmış. Baba, ata, ana və bir övladdan ibarət olan bu ailə dolanmaqda olduqca çətinlik çəkirdi.
Bir gün ata illərin verdiyi yorğunluqla bir küncdə oturmaqdan başqa bir işə yaramayan babanı,həsir kisəsinə qoyaraq çaya doğru yola çıxır. Çayın kənarında isə yoldaşlarıyla oynayan uşaq atasından nə etdiyini soruşur. Ata:
-Baban bizə yük olmaqdan başqa heç bir şey etmir. Ona görə onu bu kisə ilə birgə meşəyə atmağı qərara aldım deyir.
Uşaq isə atasına belə deyir:
- Ata xahiş edirəm kisəni atma. Çünki bir gün gələcək sən də qocalacaqsan, bax onda o kisə mənə də lazım olacaq.
Korrektor redaktor:Salmanlı Ayna