Həyata Gözəl Baxın

0
5035
Həyata Gözəl Baxın

Keçmişdə şəhərlərdən birinə gedən karvan yolunun üzərində cox ağıllı dünya gorüşlü bir qoca var imiş. Bir gün bir adam ona yaxınlaşır və soruşur:

-Mən bu şəhərdə yaşamaq istəyirəm,amma əvvəlcə bilmək istəyirəm ki,  bu şəhərin əhalisi necə insanlardır ?

Qoca onun sualına sualla cavab verir:

-Əvvəlcə sən de görüm sən gəldiyin şəhərin əhalisi necə idi?

Adam:

-Mən gəldiyim şəhərdə insanlar cox pis idi. Oğru, bədniyyət, davakar idilər.

Qoca deyir:

- Gəlirsən gəl amma bu şəhərin də əhalisi sənin gəldiyin şəhərin insanlari kimidir. Aradan bir müddət keçir. Başqa bir adam qocaya yaxınlaşır :

-Mən bu şəhərdə yaşamaq istəyirəm ,amma əvvəlcə bilmək istəyirəm ki, bu şəhərin insanları necədir ?

Qoca yenə suala sualla cavab verir:

-Əvvəlcə sən de gorum sən gəldiyin şəhərdə insanlar necə idi?

Adam:

- mən gəldiyim şəhərin insanlari cox mərd, dürust, mehriban idilər.

Qoca deyir:

-Gəl oğlum bu şəhərin də əhalisi sən gəldiyin şəhərin əhalisi kimidir.

Korrektor redaktor:Salmanlı Ayna

ŞƏRH YAZIN