İş Həyatında Güvən Duyğusunu Necə Yaratmalı?

0
2163
İş Həyatında Güvən Duyğusunu Necə Yaratmalı?

Hər bir şeydə müəyyən ardıcıllıq və nizam olduğu kimi insan resursları sisteminin və onun idarəsinin də müəyyən bir ardıcıllığı olmalıdır.Şirkətlərimizdə insanlarla işlədiyimiz üçün müəyyən bir sistem və nizam təyin etməliyik.Məsələn,maaşları vaxtlı-vaxtinda ödənilməyən şirkət işçiləri çalışdıqları müəssisəyə heç bir güvən duyğusu bəsləməyəcək.Güvən hissi hər addımda,hər fəaliyyətdə yaradılan bir duyğudur.Maaşları vaxtında ödəməyən bir şirkətin işçilərinə verdiyi güvənsizlik əsasında firmanın gücünün zəifləməsi,satışın azalması və bu səbəbdən də satışın azalması dayanır.Əgər firma işçilərinə öz karlılığı barədə məlumat verirsə və gəlir çox yaxşıdırsa,o zaman bir başqa fikir və duyğu ortaya çıxacaq:Özlərinə layiq olduqları dəyərin verilməməyi...

Son zamanlarda şirkətlərdə yeni bir qabiliyyət hovuzu təyin etmə və öyrətmə kimi bir tendensiya yaranıb.Qiymətləndirmə mərkəzləri ilə potensiallar təyin olunmağa çalışılır.Bu sistemlər gələcəyə indidən hazır olmaq üçün faydalıdır.Ancaq yanlış qiymətləndirmələr edildikdə,bu hal sonradan mənfi proseslərə və istənilməyən nəticələrə yol aça bilir.Əslində hər kəsin potensialı vardır.Nəyə əsasən potensialın olduğu adamdan adama dəyişilir.Məsələn,kiminin təşkilatçılıq potensialı,kiminin sistem idarəetmə potensialı,kimininsə gözəl nitq və danışıq potensialı vardır.

Potensial hovuzunu təyin etmədən öncə potensial mövzular ortaya qoyulmalıdır və bu hər kəsin öz potensialını tanımağına köməkçi olacaqdır.Ancaq prosesi və gedişatı bu cür təsvir edən biri, liderlik potensialı olan başqa bir şəxslə özünü müqayisə etdikdə,qarşı tərəfə haqq verə bilər.Beləcə,öz bacarıqlarının hələ şirkət daxilində tanınmamağı həmin şəxsi küsdürəcək və bu hal onun iş rejiminə belə təsir edəcəkdir.Potensialı olan şəxslərin qərarlarını təsdiq və qəbul edə bilməmək  şirkət daxili münasibətlərin və ünsiyyətin pisləşməsinə gətirib çıxarır.Şirkət hər kəsin potensialından yararlanmadığı müddətcə öz qaynaqlarından təsirli istifadə etməyəcək və israfa yol verəcəkdir.Şirkəti qabağa aparmaq  və işçilərdə güvən yaratmaq üçün ilk öncə işçilərin rifah halını yaxşılaşdırmaq lazımdır.Onlara bu şəkildə qısa bir mesaj vermək olar:”Şirkət daxilində heç birinizin arasında fərq qoymuram və hamınıza eyni bir dəyəri verirəm.İnanıram ki,birgə daha yaxşı və uğurlu işlər görə biləcəyik!”

 

 

 

 

Tərcümə etdi:Nəzrin Məmmədova

ŞƏRH YAZIN