Louisville mərkəzli Cuddle Clones Inc. sifariş üzərində ev heyvanlarının canlı surətlərini yaradır. Müştərilər isə ölmüş heyvanlarının surətlərini düzəltdirmək istəyən kəslərdən meydana gəlir. "Cuddle Clones Inc"in qurucusu "Jennifer Graham"a görə kopya belə olsa müştərilər sadəcə ev heyvanlarına (pişiklərinə,itlərinə və s.) yenidən sarılmaq istəyir.
Sahibkar Graham "Cuddle Clones" fikrini bir neçə il əvvəl Danua cinsi iti Rufus öldükdən sonra tapmış. O anda Rufusun real oyuncaq versiyası gözündə canlanmış. Bu fikrini bir neçə iş planı yarışmasında təqdim etmiş və müsbət cavablar aldıqdan sonra iş fikrini reallaşdırmağı qərara almış.
Öz sevimli ev heyvanınızın surətini düzəltdirmək istəyirsinizsə etməniz lazım olan tək şey həmin heyvanın şəkilini çəkib göndərmək. Onlayn mağazaya fotonu yükləyirsiniz. Əsas qulaq və quyruq hissələri tam dəqiq olmalıdır. İstəsəniz başqa fərqləndirici xüsusiyyətlər də əlavə edə bilərsiniz.
Bir sonrakı addım ödəmə. Hamster, balıq, quş, gəlincik və ya kərtənkələ kimi daha kiçik heyvanların qiyməti 129 dollar. İt, pişik, at, inək və ya eşşək kimi daha böyük heyvanların qiyməti da 199 dollar. Kiçik nüsxə 10 ilə 15 sm ölçüsündə, orta nüsxə 33 santimetrə yaxın ölçüdə və böyük nüsxə isə 43 santimetrə yaxın ölçülərdə olur. Eyni zamanda dəqiq ölçülü nüsxələr də edilir ancaq bu məhsulların qiyməti daha yüksək olur.
Ödənişi etdikdən sonra şirkət sifarişinizi hazırlamağa başlayır. Doldurulmuş canlı oyuncaqların hazırlanması zamanı yüksək keyfiyyətli pelüş materialından istifadə edilir. Uğurlu sahibkar Graham ən böyük çətinliklərdən birinin də yüksək keyfiyyətli istehsal olduğunu bildirmişdir.
Bir neçə uğursuz xarici resurs istifadəsinin sınağından sonra şirkət Çində öz istehsal atelyesini açmağa qərar vermiş. Grahamın bildirdiyinə görə 2013-ci ilin Mart ayında açılan atelyedə yeddi adam çalışır. Atelyeni müəssisə müdirləri ilə hər gecə Skype üzərində danışaraq idarə edir. Graham mövzuyla bağlı bunları söyləmişdir: "Məhsullarımızın yüksək keyfiyyətli dizayn olmasının lazım olduğunu və çoxlu pelüş materiallarına ehtiyacımızın olduğunu anlamalarını təmin edirik"
Grahamın iddiasına görə şirkəti hər gün ən az bir sifariş satır. Cuddle Clones keçən fevral ayında sərmayəçilərdən aldığı 300,000 dolları toplamağı bacardı. Graham çox reklam etməmələrinə baxmayaraq ağızdan ağıza bazarlama ilə olduqca müsbət nəticələr aldıqlarını ifadə etdi.
Sahibkar Graham son olaraq bunları əlavə etmişdir: “Evcil heyvanının ölümüylə barışa bilməyən birinə Cuddle Clone göndərərək və ya universitetə gedən bir gəncə ən yaxın dostunun (yəni ev heyvanının) pelüş versiyasını hədiyyə edərək insanları xoşbəxt edirik. Heyvan sevərlər olaraq müştərilərimizi xoşbəxt etmək bizləri də xoşbəxt edir”
Tərcümə etdi: Zülfiyyə Sərdarova