Sosial media ilə pul qazanmağın daha bir yolu

0
2395
Sosial media ilə pul qazanmağın daha bir yolu

“Facebook”, “Twitter” və “İnstagram” kimi platformaların həyatımıza girməsi yeni bir iş qolunun da ortaya çıxmasına səbəb oldu.

İctimai mediada on minlərlə izləyicisi olan şəxslər böyük miqdarda gəlirə sahib olurlar.

Etdikləri tətilləri, getdikləri məkanları, bir sözlə-həyatlarını ictimai mediada paylaşan bu şəxslər ağlınıza gəlmiyəcək məbləğdə pul qazana bilirlər.

Hər kəsin ağılındakı sualların cavabı isə aşağıdakı kimidir:

Araşdırmalara görə , “İnstagram”, “Twitter “ və ya “Facebook” üzərindən bir məhsul paylaşan istifadəçi 15-75 min dollar arasında qazanc əldə edə bilir.

“Hollywood”-un məşhur adlarının getdikləri bir oteldən paylaşdıqları və ya istifadə etdikləri bir məhsuldan nə qədər razı qaldıqlarını izah etdikləri ictimai media paylaşmalarına mütləq hamınız rast gəlmisiniz. Firmaların məşhur adlara bu tərz paylaşımlar etdirmək üçün ödədikləri ödəniş isə 100-300 min dollar arasındadır.

Buna misal olaraq, ABŞ-lı realiti-şou ulduzu Kim Kardaşianın ögey qardaşı sosial şəbəkələrdəki paylaşmaları qarşılığında 300 min dollar qazanır. Milyonlarca izləyicisi olan bu şəxslərin paylaşmaları şərti reklamlara nisbətlə həm firmaların müştərisi ilə birbaşa əlaqəsinə kömək olur, həm də aktiv bir bazarda markanın tanınmasında mühüm rol oynayır.

Bir sözlə, həyatını ictimai mediada keçirənləri tənqid etməmişdən öncə yaxşı düşünün. Çünki sosial şəbəkələr hobbidən çox “iş yerinə” çevrilmiş vəziyyətdədir. 
 

ŞƏRH YAZIN