İş yoldaşlarınızla konfliktə səbəb olacaq nüanslar

0
2667
İş yoldaşlarınızla konfliktə səbəb olacaq nüanslar

Ofis mühitində yoldaşlarınızla dialoqlarınızda bir hərəkətənizlə onların xətrinə dəyə və ya diqqətini yayındıra  bilərsiniz. İş həyatında diqqət göstərilməsi lazım olan vəziyyətlər bunlardır:

- İşləyərkən  tez-tez  fasilə vermək və iş yoldaşlarınızı da buna məcbur etmək hiss edilməsə də, ən narahatedici hallardan biridir.

- Yüksək səslə musiqi dinləmək və hətta söyləmək ofis mühitində sizi antipatik göstərəcək davranışlar arasındadır.

- Nizamsız iş mühiti sizi qrup ruhundan qoparan bir xüsusiyyət ola bilər. Hər nə qədər hər kəs iş sistemində azad olsa da, riayət edilməsi lazım olan bəzi vəziyyətlər mövcuddur. Buna görə normal həyatınızda elə deyilsə belə, iş mühitində bir az nizamlı olmaq çox işinizə yaraya bilər.

- Əl zarafatları, demək olar ki, hər insanın narahatlıq duyduğu davranışlar arasındadır. Gülərkən yoldaşını itələmək, sərtcə vurmaq həmişə riskli və gərəksiz təmaslardır. Bu mövzuda səmimiyyət dərəcəsinə görə davranmaq, qarşınızdakının da sizi eyni şəkildə narahat etməməsini önləmək üçün əlaqələrinizi həmişə müəyyən bir qaydada davam etdirməlisiniz.

- Xüsusilə fasilə verildikdə işlə əlaqədar söhbətlərin edilməməsi daha səmimi mühitin yaranmasına səbəb ola bilər. Ən azından 10 dəqiqə işdən qopmaq, zehninizin rahatlaması baxımından son dərəcə faydalı olar.


 

ŞƏRH YAZIN