Əsl Rəhbər Hansı Keyfiyyətləri İlə Fərqlənməlidir?

0
5479
Əsl Rəhbər Hansı Keyfiyyətləri İlə Fərqlənməlidir?

Əsl rəhbər o insandır ki, adi kollektivi güclü komandaya çevirməyi bacarır. O, öz əməkdaşlarını irəli doğru addım atmağa həvəsləndirir, onlara yeni biliklər qazanmaq və şirkətdəki dəyişikliklərə uyğunlaşmaq üçün şərait yaradır.

ABŞ-ın "KAS Placement Sales and Marketing Recruiters" adlı rekrutinq şirkətinin direktoru Ken Zundhaym əsl rəhbərə xas olan xarakterik xüsusiyyətləri müəyyən edir.

"Həqiqətən də öz işinin peşəkarı olan rəhbər onunla fərqlənir ki, o, öz əməkdaşlarını susdurmaq əvəzinə, maraqlı ideyaları təşviq etmək, kollektiv ilə sıx əlaqələr qurmaq və yaradıcılıqla məşğul olmaq üçün işçilərə şərait yaratmaq məqsədi daşıyır. Əsl rəhbər öz favoritlərini və ya hər zaman onun fikirləri ilə razılaşanları deyil, həqiqətən layiq olan işçiləri mükafatlandırır”, deyə ekspert qeyd edir.

O, kollektiv daxilində etibar və inam yaratmağın yollarını bilir.

Ən yaxşı rəhbərlər öz işçilərinə uğursuzluqla üzləşdikləri zaman şəraiti və ya ətrafdakı insanları günahlandırmağı qadağan edir. Onlar ən pis vəziyyətlərdə belə, kollektivdə müsbət əhval-ruhiyyə yaratmağa və problemə deyil, onun həllinə köklənməyə çalışırlar.

"Rəhbər istənilən problemi həll edə biləcəyindən əmin olanda onun bu özgüvəni əməkdaşlara da müsbət təsir göstərir və onlar da problemlərin öhdəsindən gələcəklərinə inanmağa başlayırlar. Nəticədə, əməkdaşların motivasiyası və əminliyi müntəzəm olaraq artır. Bu isə öz növbəsində əməkdaşların uğur qazanmaq şansını yüksəldir", Ken Zundhaym belə hesab edir.

Nizam-intizam

Əsl rəhbər həm özü, həm də şirkət əməkdaşları üçün məhsuldarlıq-effektiv iş üzrə əlçatan kriteriyalar müəyyənləşdirir. Daha sonra bu keriteriyalara ciddi şəkildə əməl olunur. Hətta kriteriyalara əməl olunması bütün sutka ərzində çalışmağı tələb etsə də, bu, rəhbəri və işçiləri qorxutmur və öz yolundan çəkindirmir. Bundan əlavə, əsl rəhbər heç vaxt öz işçilərində qorxu hissi yaratmır və onların ünvanına sərt fikirlər səsləndirmir.

Ardıcıllıq

"Əsl rəhbər heç vaxt qısamüddətli layihələrlə vaxt itimir və şirkətin inkişaf strategiyasında tez-tez dəyişiklik etmir. Bunun əvəzinə, o, kollektivin işinə dair ciddi qərarlar qəbul edir. Bununla da, hər bir əməkdaşın vəzifə və tapşırıqları dəqiq şəkildə müəyyən edilmiş olur. Rəhbərin səyi ilə bütün əməkdaşlar öz vəzifələrini bilir və onlara tapşırılmış öhdəlikləri dəqiqliklə yerinə yetirməyə çalışırlar.

Güc

Əsl rəhbər qarşıya qoyulmuş məqsədə nail olmaq istiqamətində güc və hazırlıq nümayiş etdirir. Ken Zundhayma görə, rəhbər əməkdaşların nəzərində güclü şəxsiyyət obrazı yaratdığı təqdirdə, əməkdaşlar ona məsləhət və ya kömək üçün müraciət edə bilərlər. Yəni, adətən, əməkdaşlar rəhbərin daha çox bilik və təcrübəyə malik olduğunu düşündükləri zaman çətin vəziyyətlərdə ona etibar edə bilirlər.

O, şirkətə qarşı yüksək sadiqlik nümayiş etdirir.

Əsl rəhbər üçün şirkətdə ən yüksək vəzifəyə sahib olmaq deyil, şirkətin maraqları daha önəmlidir. Onun irəli sürdüyü bütün iddialar öz büdcəsini deyil, şirkətin gəlirlərini artırmaq istəyindən irəli gəlir. 

"Əsl rəhbər hər zaman əməkdaşlarını kənar amillərə görə deyil, gördüyü işlərə görə mükafatlandırır. Bununla da, əməkdaşlarda həm şəxsi, həm də professional mənada irəliləyiş müşahidə olunur", deyə ekspert əminliklə qeyd edir.


 

ŞƏRH YAZIN