Yeməkdən Sonra Təhlükəli Vərdişlər

0
1876
 Yeməkdən Sonra  Təhlükəli Vərdişlər

Həkimlər yeməkdən sonra bəzi vərdişlərinizin sağlamlığa zərərli olduğunu bildirirlər.Bu vərdişlər aşağıdakılardır:

1.Siqaret çəkmək: Mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə yeməyin dərhal ardından çəkilən tək bir siqaret 10 siqaret çəkməyə ekvivalent sayılır. Və bu vəziyyət xərçəngə tutulma riskini artırır.
 
2.Meyvə yemək: Yeməkdən dərhal sonra yeyilən meyvə mədənizin hava ilə dolmasına səbəb olur.
 
3.Çay içmək: Yeməyin üstündən çay içmək də sağlamlıq baxımından faydalı deyil. Belə ki çay orqanizm üçün lazım olan mineralları məhdudlaşdırmaqla bərabər həzm prosesini də çətinləşdirir.
 
4.Kəməri boşaltmaq: Yeməkdən sonra kəmər boşaltmaq bağırsaqların düyünlənməsinə səbəb ola bilər.
 
5.Yerimək: Yeməyin dərhal ardından yerimək qəbul etdiyiniz qidaların həzmə getməsinə mane olur. Yeməkdən təxminən 1 saat sonra yerimək daha faydalı hesab olunur.
 
6.Hamama girmək və duş qəbul etmək: Yeməkdən dərhal sonra alınan duş qan axınını əl və ayaqlar istiqamatində çoxaldır. Bu isə həzm sistemi üçün də zərərlidir.
 
7.Yatmaq: Yeməyin dərhal ardından yatmaq da həzm sisteminin kifayət qədər çalışmamasına, bağırsaq iltihabına və mədə xəstəliklərinə səbəb olur. Bu həm də kökəlməyə gətirib çıxardır.
 
Korrektor redaktor: Salmanlı Ayna
 
 
 
 
 

ŞƏRH YAZIN