Beynindən Düzgün Yararlan

0
5904
Beynindən Düzgün Yararlan

Yaddaşsızlıqdan əziyyət çəkirsən, diqqətin dağılır, tez-tez səhvlər edirsənsə, demək ki, beynini düzgün istifadə etməyi bacarmırsan. Bəs bunun üçün nə etmək lazımdır?

Beyin açıq havada və ayaqüstdə daha yaxşı işləyir. Mühüm qərarlar qəbul edərkən açıq havada var-gəl etməyi sınaqdan keçirə bilərsiniz.

Beyin bəzən fikir yürütmək üçün müqayisələrə ehtiyac hiss edir. Ona görə də çətin vəziyyətlərlə qarşılaşdıqda, məsələn, «Aristotel mənim yerimdə olsa idi nə edərdi?» - deyə düşünün.

Xarici dil öyrənmək və nə isə əzbərləmək beyni gücləndirir. Hər gün bir neçə yeni söz öyrənin, lüğət oxuyun, alış- veriş siyahısını, ya da telefon nömrələrini əzbərləyin.

Beyin gimnastikasi edin. Bunun üçün məntiq məsələlərindən və ya şahmat kimi oyunlardan istifadə edə bilərsiniz.

Tez -tez vərdişlərinizi dəyişin. Məsələn, bəzən telefonu sol əlinizdə tutun, çantanızı o biri əlinizdə daşıyın və ya evinizə başqa yolla gedin.

Beyin ehtiyatınızı artırmaq üçün hər gün aforizmlər kitabından bir neçə cümlə oxuyun.

Beyninizi gözəl şeylərlə qidalandırın. Məsələn, gözəl bir rəsmə baxın və ya sevdiyiniz bir musiqini gözləri bağlı dinləyin.

Yaxşı yuxu «keyfiyyətli beynin» bünövrəsidir. 24 saatı keçən yuxusuzluq beynin funksiyalarına mənfi təsir göstərir.

Bol və təmiz oksigen beyin üçün cox vacibdir. Otağınızın pəncərəsini açıb özünüzə bol-bol oksigen «sifariş edin.»

Beyninizi inkişaf etdirmək üçün fərqli düşüncə tərzlərini sınaqdan keçirin.

Uşaqlara, təbiətə daha çox vaxt ayırın.

İstifadə olunmayan orqanlar funksiyasını itirir. Mütəmadi televizora baxaraq beyninizi aşağı sürətdə işləməsinə imkan verməyin.

Beyin pəhrizini unutmayın. Beyninizi nə ilə qidalandırdığınıza mədənizi nə ilə qidalandırdığınız qədər diqqət yetirin.

Görəcəyiniz işləri və ya həyata keçirəcəyiniz planları şifahi yox kağız üzərində «hesablayın».

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN