Cib saatı necə qol saatına çevrildi???

0
4687
Cib saatı necə qol saatına çevrildi???

 Əksəriyyət insan qol saatını taxmadan evdən çıxmaz. Qol saatı bu gün bir çoxları üçün ən vacib aksessuarlardan biri olub. Bəs bilirsinizmi qol saatı necə yaranıb?


Qol saatı nisbətən yaxın vaxtlarda -  Birinci Dünya müharibəsinin sonunda meydana gəlməyə başlayıb. Ona qədər saatları cibdə, xüsusi torbacıqda yaxud zəncirə keçirib boynunda gəzdirirdilər. Doğrudur ustalar 150 il bundan əvvəl də bu mexanizmləri daha orijinal görünüşdə hazırlayır, kiçik qadın saatlarını qiymətli qolbaqlara salırdılar. Lakin belə konstruksiyalar geniş yayılmadı, nadir bəzək əşyası olaraq qaldı. 

Qol saatlarının ixtiracısının adı tarixə düşməyib. O, rahatlıq üçün cib saatını ilk dəfə qoluna bağlayan naməlum bir əsgər olub. 1918-ci ildə İsveçrə saatsazı Jan Satnu iki qulaqcığı olan kiçik saatlar düzəltməyə başladı. Onlara enli dəri və ya metal qolbaq geydirdi.

ŞƏRH YAZIN