Dahiyanə fikirlər ...

0
4827
Dahiyanə fikirlər ...

 Dünyada ən yaxşı ləzzət və ən böyük fərəh özünün başqasına lazım olduğunu hiss etməkdir


Ümid qızıl kimidir,heç bir mühitdə paslanmaz.Ümid almaz kimidir,onu heç nə kəsə bilməz.

Şöhrət uca qayadır,ilan oraya sürünə-sürünə,qartal bir dəfə qanad çalmaqla çıxar.

Bəzilərinə elə gəlir ki,ağıllı adam kimi tanınmaq üçün hamını axmaq adlandırmaq kifayətdir.

Çox bilmək və özünü çox bilən kimi göstərməmək yüksək əxlaqdır.

Bizi ömrü boyu müşayiət edən ümid hətta ölüm saatında da bizi tərk etmir.

Əgər istəyirsənsə qəmini çəksinlər,başqalarının qəmini çək.

Əksər hallarda həyatda yaxşılığı bacarmayanlar ana məhəbbətindən məhrum olanlardır.

Ehtiyac saatlarını unut, lakin onun sənə öyrətdiklərini unutma.

İnsanlar bir-birlərini niyyətlərinə görə yox,müvəffəqiyyətlərinə görə mühakimə edirlər. Amma Allah niyyətlər üzrə mühakimə edir,müvəffəqiyyətlər üzrə deyil.

Biz düşünürük ki,Allah bizi yuxarıdan görür,amma o,bizi icimizdən görür.

Günahının özündə olduğunu anlamayan insan çarəni başqasının rahatlığını pozmaqda tapır

Xalqları bir-birindən nə dənizlər,nə avamlıq,nə dil müxtəlifliyi deyil,düşmənçilik münasibətləri ayırır.

Bədbəxtliyin ağrısını dadmadan həyatın şirinliyini qiymətləndirmək olmaz.

Su ilə hər şey yuyulur, namusdan başqa.

Ağıllı adamlar baş vermiş hadisənin labüdlüyünü anlayıb təsəlli tapır,ağılsız isə bədbəxtliyin başqalarının da başına gəlməsinə sevinib təsəlli tapır.

Xeyirxahlıq lalların danışa bildiyi və karların eşidə bildiyi dildir.

ŞƏRH YAZIN