Pul Sarıdan Əziyyət Çəkməmək Üçün ...

0
4888
Pul Sarıdan Əziyyət Çəkməmək Üçün ...

Deyirlər, pul insanı dəyişir. Tam olmasa da, qismən bu fikirlə razılaşmaq olar. Amma qəbul etmək gərəkir ki, pulsuzluq da insanı korlayır. Elə ona görə də aşağıdakı yazını oxumağı məsləhət görürürk. Pulunuz bol, canınız sağ olsun!
AYLIQ ƏMƏKHAQQINIZIN ÜÇDƏ BİRİNİ KƏNARA QOYUN 
Nə qədər cəlbedici səslənsə də bəzən bunu etmək mümkün olmur. Universiteti yenicə bitirən, ya da yeni övladı dünyaya gələn valideynlərdən bunu tələb etmək mənasızdır. Ancaq “ehtiyat üçün” böyük məbləğ sadəcə arzuolunan deyil, həm də zəruridir bu, çətin anlarda (məsələn, işdən çıxarılan zaman), yaxud arzunuza doğru getdiyiniz yolda ən yaxşı köməkdir. Təbii ki, böyük məbləğdə vəsait yığmaq üçün çoxlu əyləncələrdən imtina etmək lazım gələcək. Unutmayın, hesabınızda nə qədər çox pul olsa, siz özünüzü bir o qədər maliyyə sabitliyi vəd edən əsas məqsədə yaxın hiss edəcəksiniz.
KARYERANIZIN İNKİŞAFI ÜÇÜN PUL ƏSİRGƏMƏYİN 
Gələcək qazancınızın artması naminə investisiya qoyanda xəsislik etməyin.  Bu, təkcə təhsil xərcləri deyil. Əgər yaxşı diktorsunuzsa, səsinizin gələcəyinə, iş yerində xoş təəssürat bağışlamaq istəyirsinizsə, qarderobunuza qoyduğunuz xərclər də bu qəbildəndir.  Evə qulluqçu tutmağı da belə investisiyaya şamil etmək olar, çünki adətən təmizliklə məşğul olanda yeni nəsə oxumağa, ya da daha çox pul vəd edən iş elanlarına göz atmağa vaxtınız qalmır.
ƏVVƏLCƏ NƏYİ İSTƏDİYİNİZİ MÜƏYYƏNLƏŞDİRİN 
Əksər insanlar, həqiqətən, nəyi istədikərini bilmədikləri səbəbindən həyatda müvəffəqiyyətsizliyə uğrayırlar. Siz işdən çıxıb yeni şirniyyat mağazası açmaq istəyirsiz? Yoxsa realiti-şounun qəhrəmanı olmaq niyyətindəsiz? Ən çox istədiyiniz arzudan, məqsəddən danışmağa belə qorxanda məsləhət üçün sizi hamıdan yaxşı tanıyanlara müraciət edin. Sevdikləriniz, doğmalarınız və dostlarınız sizə fəaliyyətinizi daha ağıllı qurmağa, qorxularınıza üstün gəlməyə kömək edəcəklər.
PENSİYA HAQQINDA QOCALMAMIŞDAN DÜŞÜNÜN 
Pensiya yığımına nə qədər tez başlasanız, bir o qədər yaxşıdır. Əgər siz bunun üçün əlavə pulunuzun olmağını gözləsəniz, ömrünüz boyu işləməli olacaqsınız, bu səbəbdən qocalanda xərcləmək üçün  pul yığmaq qərarını sabaha saxlamayın. Elə bu gündən fəaliyyətə başlayın.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN