Sizin yuxularınız hansı növdəndir?

0
3130
Sizin yuxularınız hansı növdəndir?

 İnsan yuxularının ssenarisini özüyazma qabiliyyətinə malik deyil. Yəni, gördüyümüz yuxular bizdən asılı olmadan həyata keçir. Amma bir də olur ki, insanın ürəyindən bir şey keçir amma ələ gətirə bilmir. Elə də olur ki, arzuladığı bir şey başına gəlir. Yuxu insanın yatmış halında ikən gördüyü hadisə və vəziyyətə deyilir. Yuxular əsasən üç yerə bölünür:

 
1. İlahi yuxulardır ki, Allah taala tərəfindən bir müjdə olaraq möminlərə, peyğəmbərlərə gəlir. Yəni bu kimi yuxuların kimlərə gəlməsi həm Allah sirri ilə, həm də insanın əməlləri ilə bağlıdır.
 
2. İnsanın yaşayışı ilə bağlı olan yuxular – bu yuxularda insan gündəlik başına gələnləri və yaxud əlaqədə olduğu insanları və hadisələri belə görə bilir.
 
3. Şeytani yuxulardır ki, bu yuxular şeytan vasitəsilə insanın yuxusuna girir. Məsələn: uca bir yerdən düşmək, itlərin və yaxud canavarların səni qovması və s. Belə yuxuları gördükdə gərək heç kimə danışmayasan, yalnız və yalnız Allaha sığınıb dua edəsən, yardım diləyəsən.
 
Üç hissəyə ayrılan yuxuların özləri də iki hissəyə bölünür. Səhih, doğru yuxular və batil olub insanı aldadan yuxular. Bunlar da öz növbəsində bir neçə növə ayrılır.
 
1. Açıqca sadiq (doğru) olan yuxu. Bu yuxular ancaq Peyğəmbərlərə aid olub, vəhy şəklində zühur etmişdir.
 
2. Bu da bir növ səhih yuxudur ki, Allah tərəfindən müjdələnir. Yəni insanın görmək istədiyi və başına olacaq və ya olmuş bir hadisəni qabaqcadan göstərir.
 
3. Olmuş bir hadisəni yuxuda sənə göstərir, səni bu işdən xəbərdar edər.
 
4. Bu növ yuxular elə olur ki, burada məqsəd açıq olmur. Ancaq hadisəyə işarə olunur.
 
5. bu yuxu növü elə olur ki, hər hansı bir yeri, şəhəri, hadisəni görürsən, amma burada da işlərin əsasən sənə heç bir aidiyyatı olmur.
 
Batil yuxular da 4 yerə bölünür.

1. Bu yuxuda şeytan səni qorxutmaq istər, amma heç bir zərər verməz.
 
2. Cin tayfasının göstərdiyi şeylərdir ki, yuxu görən yuxu əsnasında bundan əziyyət çəkər. (ağlayar, gülər)
 
3. İnsan özündə olmadığı vaxtda, məsələn qızdırmalı olanda, başı ağrayanda, kədərli vaxtlarda gördüyü royalar.
 
4. Qarışıq yuxulardır ki, adam bundan heç bir şey anlamaz

ŞƏRH YAZIN