Mübarizə Aparmağın Faydaları

0
4024
 Mübarizə Aparmağın Faydaları

Bir kişi bir gün bir kəpənək baraması tapır.Bir gün onda balaca bir deşik görür,kişi oturur və ona baxmağa başlayır.Kəpənək artıq bir neçə saat idi ki,ordan bədənini çıxartmaq üçün mübarizə aparırdı.Sonra o nədənsə hərəkət etməyi dayandırdı.Bu sanki onun daha da davam edə bilməyəcəyi kimi görünürdü.Kişi kəpənəyə kömək etmək fikrinə düşdü,bir qayçı götürdü və baramanın qalan yerini onunla kəsdi.Kəpənək asanlıqla hüzura çıxdı.

Ancaq onun bədəni şişmiş və balaca,qanadları isə bürüşmüşdü.Kişi yenidən kəpənəyə baxmağa davam etdi,çünki o,istənilən vaxt qanadların açılmasını və bir vaxt baramada daralan bədəninə dəstək olmasını gözləyirdi.
Ancaq heç nə baş vermədi.
Artıq kəpənək bütün həyatının qalan hissəsini şişmiş bədəni və bürüşmüş qanadları ilə keçirtməli oldu.
O heç vaxt uça bilmədi.
Kişi mərhəmətindən və tələskənliyindən başa düşmədi ki,baramanın bu cür daralması kəpənəyə qanadları ilə çırpınıb Tanrının ona verdiyi balaca yoldan xilas olması üçün sınaqdan çıxarılması üçündür.Çünki o baramadan azadlığa çıxmağa nail olmaqla mübarizəyə hazır olacaqdı.
 
Nəticə:Bəzən mübarizələr bizim həyatda nəyə ehtiyacımızın olduğu dəqiq şeylərdi.Əgər Tanrı bizim həyatımızı heç bir əngəl olmadan sınasaydı,o bizi şikəst edərdi.Biz bacardığımız qədər güclü ola bilməzdik.
 
Tərcümə etdi:Ülviyyə Salahova 
 

ŞƏRH YAZIN