Xoşbəxtliyin Axtarışında

0
4346
 Xoşbəxtliyin Axtarışında

 

50 nəfərdən ibarət bir qrup seminarda iştirak edirdi.Birdən natiq danışığına ara verdi və seminardakılara şar paylamağa başladı.Hər birindən də öz adını qələmdən istifadə etməklə şarın üstünə yazmağını xahiş etdi.Sonra bütün şarları topladı və onları digər otağa qoydu.

Sonra o iştirakçılara otağa gedib üzərində öz adları olan şarı 5 dəqiqə də tapmağı tapşırdı.Hər kəs bir-biri ilə toqquşaraq və bir-birini  itəliyərək üzərində öz adı olan şarı çılğıncasına axtarmağa başladı.İçəridə xaos yaranmışdı.5 dəqiqə bitəndən sonra heç kəs öz adını axtarıb tapa bilmədi.Ancaq sonra onlar təsadüfi tapdıqları adları bir-birinə verməklə öz adları yazılan şarı da əldə etdilər.Bir dəqiqənin içində hamı öz şarına qovuşdu.
 
Natiq belə başladı:”Bu sizin həyatınızla da eyni baş verir.Hər kəs ətrafda öz xoşbəxtliyini çılğıncasına harda olduğunu bilmədən axtarır.Bizim xoşbəxtliyimiz digərlərinin xoşbəxtliyinə söykənir.Onlara öz xoşbəxtliklərini verin.Onda siz özünüz də öz xoşbəxtliyinizi tapacaqsınız”.
 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN