Puzzle Barədə

0
2146
Puzzle Barədə

 Aşağıdakı sualların cavablarını düşünün:

Uşaqlığınızda ən sevdiyiniz oyuncaq ya da geyiminiz nə olub?

Keçmişinizə aid bir səs düşünün; bəlkə bir fit ya da məktəb zəngi. Nə qədər dəqiq xatırlayırsınız?

Sizə yaşadığınız xoşbəxt bir hadisə ya da duyğu soruşulduğu zaman ağılınıza ilk olaraq nə gəlir?

İlıq bir duş ya da hamamda düşünmək necə hiss etdirir?

Küçə qapınızın üstündə neon işıqları ilə adınız yazılı olsaydı, necə görünərdi?

Telefonunuz suyun altında zəng çalsa, necə səs çıxarardı?

Düşünərkən göz hərəkətləriniz düşünmə üslubunuz haqqında ipucları verir. Yaxınınızda olan bir yoldaşınızdan çətin bir sözü hecalamasını istəyin və göz hərəkətlərini izləməyə başlayın. Asanlıqla bacardısa, eyni sözü tərsdən hecalamasını təklif edin. Hecalamada usta olan kəslər adətən, yuxarıya doğru baxıb, zehinlərinin pəncərələrindən sözü görə bilmə məqsədiylə, gözlərini sağa ya da sola doğru oynadarlar. Beləcə sözü görüntüləyib asanca hecalayarlar. Sanki qarşılarında açıq dayanan bir kitab səhifəsindən problemin cavabını oxuyarlar.

İbtidai məktəb müəllimənizin sizə dəfələrlə cavabları tavanda tapa bilməyəcəyinizi söylədiyini xatırlayırsınız? Amma həqiqətdə cavablar sizin üçün yuxarılarda gizlənə bilər. Göz hərəkətləriniz düşünmə formanız ilə əlaqədardır.

Ən çox rast gəlinən göz hərəkətləri aşağıdakı kimi təsnif olunur:

Vizual hazırlanan görüntülər: Gözlər xəyal gücünün məhsulu olan görüntülər üçün yuxarıya və düşünənin sağına doğru hərəkət edər. Məsələn, qanadlanıb uçmaq ya da mavi uzun saçlar kimi.

Xatırlanan görüntülər: Gözlər bu zaman yuxarı və düşünənin soluna doğru gedər. Məktəb günləriniz ya da tətil xatirələriniz kimi.

Hazırlanan səslər: Gözlər xəyal gücünün məhsulu olan səslər üçün düşünənin sağına doğru irəliləyər. Müdirinizin kimisə yamsılaması, Şrek səsiylə danışması ya da bir pişiyin hürməsi kimi.

Xatırlanan səslər: Bu zaman isə, gözlər düşünənin soluna doğru hərəkət edər. Ən sevdiyiniz musiqi bəstəsi, axar su səsi kimi.

Duyğular və fiziki duyğular: Göz hərəkətləri aşağıya və düşünənin sağına doğru gedər. Yumşaq bir parçaya toxunuş, güvən ya da narahatlıq hiss etmək kimi.

Daxili dialoqlar: Aşağıya və düşünənin soluna doğru irəliləyər. Bir təqdimat öncəsi özünüzə etdiyiniz təlqinlər, ya da yatmadan əvvəl gününüzü nəticəsini dəyərləndirməyiniz kimi.

Gözləriniz detallarıyla görməyə çalışdığınız real ya da xəyal məhsulu dizayn üçün bir nöqtədə cəmlənərək irəliyə doğru gedər. Yaxın bir dostunuzun üz xətləri, çıxmağa hazırlandığınız bir yolun xəritəsi kimi.

Yuxarıda toxunulan göz hərəkətləri sağ əlini istifadə edən bir çox insan üçün etibarlıdır. Bu hərəkətlərin sol əlini istifadə edən kəslərdə tərs istiqamətdə olduğu gözlənilsə də, istisnalar ola bilər.

Vizual düşünənlərin göz hərəkətləri daim yuxarıya (ya da irəliyə), audial düşünənlərin daima yanlara, duyğusal düşünənlərin daima aşağıya doğrudur.

Düşünmə zamanı:

Başqalarının göz hərəkətlərini müşahidə edərək, onların düşüncə və duyğularına istiqamətli həssaslığınızı artırarsınız.

Qarşınızdakı insan sualınıza cavab axtararkən başqa bir istiqamətə baxıb düşünmə prosesini başlatdıqdan sonra, təkrar göz gözə gələnə qədər bir şey demək gərəksizdir.

Bir çox insan qarşılıqlı münasibət əsnasında, qarşısındakının göz gözə gəlməkdən qaçdığını irəli sürər. Halbuki, davamlı göz gözə olmaq düşünməyi bir yana buraxmaq deməkdir.

 

ŞƏRH YAZIN