Hər Seçim Bir İmtinadır!

0
2084
Hər Seçim Bir İmtinadır!

 Həyat bizim hər birimizə yol ayrıcıları təqdim edir və hər bir yol ayrıcısı fərqli bir ssenarinin yazıldığı yerdir. Hər ssenari original və hər yol bənzərsizdir. Buna görə, həyat səfərində doğru ya da səhv yol yoxdur. Bəzi yollara verilmiş bəzi mənalar vardır və bu mənalar həyatı həyat edən təfərrüatlardır. Bu mənalara görə həyat ya bir işgəncə ya da bir nağıldır.

Hər son bir başlanğıcdır və hər başlanğıcın da bir sonu vardır. Əgər həyatınızda bir şeyləri dəyişdirmək istəyirsinizsə, ya bir şeylərə son verməli ya da bir şeylərə başlamalısınız.

Dəyişiklik bir seçimdir və hər seçim bir imtinadır!

NLP bizə həyatımızın hər anında seçimlərimizə nəzarət etməyin gücündən bəhs edir. Seçimlərinizə nəzarət edə bildiyiniz nisbətdə, həyatınızın hakimi olarsınız. Bu elə böyük bir gücdür ki, həyatın hər anında o gücü səssiz bir köməkçi kimi yanınızda hiss edərsiniz. Həyat bir-birinin ardınca sıralanan yol ayrıcıları ilə doludur. Hər bir yol ayrıcısı bizi bir şeylərin başlanğıcına və bir şeylərin də sonuna doğru sürükləyər. Yolda nələrlə qarşılaşdığınızın bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan, onlara yüklədiyiniz mənadır və mənalar dəyişə bilər. Məna çərçivədir. Çərçivə dəyişdiyi zaman şəkil də dəyişir. Hər bir çərçivə içindəki şəkilin hekayəsini və macərasını bir anda dəyişdirər.

Hər birimiz həyat səfərində bənzər yollardan keçərik. Qarşımıza yol ayrıcıları çıxar. Yorularıq, istirahət edərik. Bəzən ehtirasla getmək istəyər, bəzən də geri dönmək istəyirik. Hər birimiz geridə izlər buraxarıq. Sonra bu izləri birləşdirir və dönüş səfərimizdə bizə bələdçilik etmələrini gözləyərik. Eynilə, meşədə geri dönüş yolunu tapmaq istəyən Hansel ilə Gretel kimi, arxamızda çörək qırıntıları buraxarıq. Halbuki səfər geridə buraxdığımız izlərə görə formalaşmaz. İzləri gələcəyə doğru atdığımız addımlarla təyin edərik. Bizi irəliyə daşıyan şey xəyallarımızdır.

Arxanızda buraxdığınız izlərə baxaraq keçmişin nəyə bənzədiyini təxmin edə bilərsiniz. Gələcəyi oxumaq üçün isə, hələ buraxmadığınız izlərə güvənməlisiniz. Həqiqi səfər bax, budur!

İnsanlar dəyişiklikdən qorxarlar; çünki onlara görə dəyişiklik "bilinməz"lərlə dolu bir yolda gözləri bağlı bir şəkildə getmək kimidir. Bu səbəbdən də eyni yerdə qalmaq onlara etibarlı gəlir. Çünki eyni yerdə qaldığınız zaman nələrlə qarşılaşacağınızı bilirsiniz. Təhlükəsiz limanlara lövbər atdığınız zaman, bəlkə özünüzü fırtınadan qoruyarsınız amma eyni zamanda, açıq dənizlərdə sizi gözləyən möhtəşəm gözəlliklərdən də imtina edərsiniz.

Dəyişiklik həm nəyinsə başlanğıcı, həm də nəyinsə sonudur. Hər seçim bir imtinadır və bu imtina başqa bir qucaqlaşmanın ilk addımlarıdır.

Həyat seçimləri bizim etməyimizi istəyir. Bizə fürsətlər təqdim edir və biz də o seçimləri edər ya da etmərik. Yanlış seçimlər nəticəsində, qünahı başqasına yıxmağa və bir günahkar tapmağa çalışdığımız zamanlarda həyat bizi səssizcə izləyər və arxamızdan gülər.

Yanlış bir yol ayrıcısına girdiyiniz zaman yolu ittiham etmək mənasız olur. Həyat bir yoldur və əgər günahlandırılması lazım olan biri varsa, həyat bu siyahıda ən sonuncudur.

Bax buna görə, artıq həyatı günahlandırmayın. İcazə verin, həyat sizə ən gözəl surprizlərini təqdim etsin. Onun qarşısından çəkilin. Ona yol verin. Buraxın və axıb getsin. Nə zamanı dayandırmağa çalışın, nə də önünə səd çəkin. Onu yalnız qucaqlayın. Onunla dost olun. Bir seçim edin və etmədiyiniz seçimlərdən imtina edin. Ayaqlarınız doyunca azadlığın dadını çıxarsın. Getdiyiniz yollarda tək səfərlik izlər buraxın. İzləriniz itmiş əcnəbilərin yollarını tapmalarına kömək etsin. Amma o izlərin arxasınca dönməyin.

Başlanğıclarla sonları bir-birindən ayırın. Hər bir macəraya sevgi ilə nöqtə qoyun və həyəcanla yeni bir başlanğıcın kefini qucaqlayın.

ŞƏRH YAZIN