Necə Hiss Edəcəyinizi Siz Seçin!

0
2042
Necə Hiss Edəcəyinizi Siz Seçin!

Etdiyimiz, nail olduğumuz şeylər bizim özümüzü necə hiss etdiyimizlə bağlıdır. Ən önəmsiz hadisələr əlimizi qolumuzu bağlaya bilər, motivasiyamıza, konsentrasiyamıza və məhsuldarlığımıza təsir edə bilər. Sadəcə bir telefon danışığının bütün gününüzü necə zəhər etdiyini ya da bir mesajın bütün planlarınızı necə alt üst etdiyinin daha öncə şahidi olmusunuz? Özünüzü sadəcə "yaxşı" hiss etməməyiniz belə, olduqca əsəbverici bir vəziyyətdir. Xəstə deyilik amma səbəbini bilmədiyimiz bir şəkildə özümüzü halsız və bədbəxt hiss edirik. Elə günlər vardır ki, heç bir şey bacara bilmədiyinizi düşünürsünüz və bu sizin bütün əhvalınızı korlamağınıza yetərlidir. Halbuki bacarıqlarınız bir gecədə azalmamışdır və davranışlarınızda da bu dəyişikliyi göstərəcək heç bir əlamət yoxdur. Tam tərsinə, özünüzü xoşbəxt və müsbət hiss etdiyiniz zaman fövqəladə şeylər yarada bilərsiniz.

Özünüzü yaxşı hiss etmək üçün bir hadisənin olması, kiminsə yanınızda olmağı, sevdiyiniz bir işlə məşğul olmağınız lazım deyil. Əhval-ruhiyyəniz və ya hiss etdikləriniz tamamilə duyğularınızla, düşüncələrinizlə, xüsusilə də şüuraltı proseslə əlaqəlidir. Hiss etdiklərinizi dəyişdirə bilmək, ən azından duyğularınızı idarə edə bilmək etdiyiniz və ya əldə etdiyiniz şeylərə də təsir edir. Çoxumuz özümüzü pis hiss etməyin bir çox yolunu bilirik, amma yaxşı hiss etmək üçün əlimizdən heç nə gəlmədiyini düşünərik. Halbuki, siz necə hiss edəcəyinizi özünüz seçə bilərsiniz. NLP sizə bu imkanları təqdim edir. 

 

ŞƏRH YAZIN