Nlp Necə Yarandı???

0
2506
Nlp Necə Yarandı???

 NLP-nin tarixi ötən əsrin 70-ci illərinin sonlarına dayanır. Santa Kruz Universitetindən Professor Con Qrinder ilə Geştalt terapisti Dr. Riçard Bendler bir araya gəlir və ailə terapiyası, Geştalt terapiyası və Hipnoterapiya kimi sahələrdə, fövqəladə müvəffəqiyyətli nəticələr əldə edən mütəxəssisləri araşdırmağa başlayırlar.

 
Araşdırmalarına Hipnozun atası sayılan Milton Erikson, ailə psixoloqu Virciniya Satir və Geştalt Terapiyasının banisi olan Fritz Perls kimi dünya tərəfindən məşhur şəxsləri lupa altına alaraq başlayırlar.

Belə ki, "Bu insanlar necə bu qədər müvəffəqiyyətli nəticələr əldə edə bilirlər?" sualından yola çıxaraq, fərq yaradan ən əhəmiyyətli faktorları bir yerə yığıb sadələşdirdikdən sonra model halına gətirmişlər.

Sahəsində uğur qazanan mütəxəssislərin davranış qəliblərini modelleyen R.Bendler və C.Qrinder daha sonra seminarlarında bu modeli şagirdlərinə ötürməyə başlayıblar.

Hal-hazırda NLP bütün dünyaya yayılıb və yalnız terapiya sahəsiylə məhdudlaşmayıb. Təhsil, iş dünyası, idman və məsləhət kimi müxtəlif sahələrdə da müvəffəqiyyətli bir şəkildə istifadə edilməkdədir.

NLP arzuladığınız həyat üçün beyninizi necə daha təsirli istifadə edə biləcəyinizi öyrədir.

NLP ilə tanış olmaq üçün sertifikat təhsil programlarına qatıla, təlimlərdə NLP-ni daha yaxından sınaqdan keçirə bilər, işinizdə, əlaqələrinizdə və şəxsi həyatınızda arzuladığınız nəticələrə çox daha sürətli çata bilərsiniz!

 

ŞƏRH YAZIN