Nlp Prinsipləri İlə Tanış Olun!

0
1953
Nlp Prinsipləri İlə Tanış Olun!

 Hər hansı bir elm sahəsi kimi, NLP də bəzi təməl prinsiplər üzərinə yüksəlir. Ancaq bu prinsiplər hər hansı bir elmin qaydalarından daha elastikdir. Üstəlik bu qanunlar doğru olmaqdan çox, faydalıdır. Gəlin NLP prinsipləri ilə tanış olaq:


* Müvəffəqiyyətsizlik yox, nəticələr vardır

Müvəffəqiyyətsizlik anlayışı beyin xəritəsindən silindiyi zaman, bütün yeni ehtimal qapıları açılacaqdır. Tomas Edison lampanı kəşf etmək üçün etdiyi 9999 sınaqdan sonra yenə israr edirdi: "Sadəcə, lampanın kəşf ediləməcəyi bir yol daha kəşf etdim."

* Xəritə bölgənin özü deyil

Biz dünyaya birbaşa reaksiya vermək yerinə, zehni xəritələrimizə reaksiya verərik. Zehin xəritələrini dəyişdirmək və yeniləmək, dünyanı dəyişdirməkdən daha asandır.

* Hər təcrübənin bir quruluşu vardır

Düşüncə və duyğuların özünə xas bir qəlibi vardır. Bu qəlibi dəyişdirsək, təcrübələrimiz də dəyişəcəkdir. Xoş olmayan təcrübələri neytrallaşdıra bilər, işimizə yarayanları zənginləşdirə bilərik.

* Bir insan bir şeyi edə bilirsə, onu hər kəs öyrənə bilər

Müvəffəqiyyətli bir insanın zehni xəritəsini istifadə edərək, biz də müvəffəqiyyət əldə edə bilərik.

* Zehin və bədən eyni sistemin parçalarıdır

Bu iki fakt bir-birindən ayrılmayan, bir-biriylə davamlı ünsiyyət halında olan bir vəhdətdir.

* İnsanlar ehtiyac duyduqları resurslara onsuz da malikdir

Zehni görüntülər, daxili səslər, duyğular və hisslər zehni və fiziki resurslarımızın təməlidir. Onları istədiyimiz şəkildə istifadə edə bilərik. Yetər ki, bunu istəyək.

* Ünsiyyət qurmamaq qeyri-mümkündür

Hər zaman ünsiyyət halındayıq. Ən azından sözsüz olaraq. Yalnız xarici ətrafla deyil, daxilimizlə də ünsiyyətimiz davamlıdır.

* Ünsiyyətin mənası, aldığımız reaksiyadır

Bizim bəhs etdiyimiz şeylər qarşımızdakının anladığı qədərdir. Bəzən ötürməyə çalışdığımız ifadə qarşımızdakı insan tərəfindən yalnış anlaşıla bilər. Əhəmiyyətli olan necə anlaşıldığımızın fərqinə varmaqdır.

* Hər davranışın altında müsbət bir niyyət yatar

Yaxşı və ya pis, hər davranışın əsasında müsbət bir niyyət yatar. Hörmət görmək üçün qışqırmaq, güvəndə hiss etmək üçün gizlənmək, özünü qorumaq üçün hücum etmək kimi. 

* İnsanlar hər zaman əllərindəki variantlar arasından ən yaxşısını seçərlər

Hər birimizin özünəxas bir fərdi tarixi vardır. Əlimizdəki variantlardan ən yaxşısını buna əsaslanaraq seçərik. Variantlarımız təcrübələrimizə dayanır. Yerinə daha faydalı bir təcrübə keçənə qədər eyni təcrübə təkrarlanır.

* Əgər etdiyin şey işə yaramırsa, başqa bir şey et

Hər zaman eyni şeyi etmək, hər zaman eyni nəticəyə aparar. Əlimizdə bir çox alternativlər vardır. Yetər ki, hərəkətə keçək. Edəcəyimiz yeni şeydən çox fərqli sürprizlər də çıxa bilər.

ŞƏRH YAZIN