Nlp Sizi Çox Sürətli Və Sadə Üsullarla Dəyişdirəcək!

0
2902
Nlp Sizi Çox Sürətli Və Sadə Üsullarla Dəyişdirəcək!

 NLP texnikaları düşüncə təcrübələrinə, zehni çalışmalara və oyuna bənzəyir. Laboratoriya ya da meydança zehindir. Onları yeni bir şeylər sınamaq, onsuz da etdiyiniz şeyləri yeni üsullarla etmək və bir az əylənmək üçün bir fürsət olaraq düşünün. Bir neçə sadə tapşırıq sizə bunun necə olacağını ən yaxşı şəkildə izah edəcək:


Heç attraksiona mindinizmi? Əgər minmisinizsə, o anlardan birini xatırlamağa çalışın. Sonra da onun içində olduğunuz anı bir az uzaqdan, məsələn parkdakı bir skamyadan izlədiyinizi xəyal edin. Burada oturarkən özünüzü orada, o vasitəyə minərkən görə bilərsiniz. Öz özünüzü uzaqdan izlədiyiniz zaman necə hiss etdiyinizə diqqət edin. Sonra bir addım atın və önünüzdəki təhlükəsizlik dəmirini tutan əllərinizi hiss edəcək şəkildə kreslonuza əyləşin. Aşağı baxdığınız zaman mənzərənin gözlərinizin qarşısından şimşək kimi axıb keçdiyini görün. O həyəcanı yaşayın və ətrafınızda olan səs küyü eşidin. O anı təkrar yaşayaraq özünüzü necə hiss etdiyinizə diqqət edin. Bir attraksiona minmək, sizi oradan oraya sürüdüyünü hiss etmək, eyni vasitəyə mindiyinizdə uzaqdan izlədiyinizi xəyal etməkdən çox fərqli bir təcrübədir.

Bu iki fərqli baxış bucağının fərqli zehni strukturları vardır. Avtomobilin içində olmaq sizi həyəcanlandırır. NLP-də buna "əlaqəli" deyilir. Müəyyən bir məsafədən izləmək isə, sakitləşdiricidir və hadisə ilə olan duyğusal əlaqənizi kəsir. NLP-də buna "əlaqəsiz" deyilir. Əgər bir mövzuda həyəcanlanmaq istəsəniz, təcrübənin içinə girərək və onunla əlaqəli hala gələrək, hadisənin içinə həm zehni, həm də fiziki olaraq daxil olmalısınız.

NLP ilə bunu tam olaraq necə, harada və nə zaman istəsəniz edə bilməyi öyrənəcəksiniz. Digər tərəfdən, hamımızın həyatında bir az obyektivliyin, bir az zehni məsafənin sakitləşdirici və çox faydalı olacağı təcrübələr vardır. Onlarla məşğul olarkən təcrübələrin və provokasiya etdikləri sıx duyğuların xaricinə çıxaraq, resurslarınızı daha yaxşı istifadə edə və daha yaradıcı ola bilərsiniz.
 
Düşüncə təcrübəsindən əvvəl zehninizi gündəlik narahatlıqlardan təmizləmək üçün bir iki dəqiqənizi ayırın. Bunun üçün yalnız bədəninizi rahatlatmaq kafi olacaq. Gərgin bölgələri fərq edin və onları boşaltmaq ya da əvvəl daha da gərginləşdirib, sonra özbaşlarına rahatlamalarına icazə verin.

İndi çox xoşunuza gələn bir təcrübəni, həyatınızın müəyyən, zövqlü bir zamanını bu anda düşünməkdən həqiqətən zövq alacağınız bir şeyi düşünün. Bu zövqlü xatirəni gözünüzün önünə gətirdiyiniz zaman necə hiss etdiyinizə diqqət edin. Sonra, bu təcrübənin sizə daha da yaxınlaşmasına icazə verin. Daha böyük, daha parlaq və daha rəngli olsun. Duyğularınıza təkrar diqqət edin. Bir şəkildə dəyişdilər, böyük ehtimalla daha da güclü oldular, elə deyil? İndi eyni təcrübənin uzaqlardakı bir poçt markasına bənzəyincəyə qədər zehninizin gözündən uzaqlaşmasına, daha da kiçilməsinə, toza dönməsinə icazə verin. Duyğularınıza indi bir də diqqət edin. Bu tapşırığı bitirdiyiniz zaman, təcrübənizin original halına geri qayıdın.

Bir çox insanda təcrübə onlara yaxınlaşdığı zaman gözəl duyğular güclənər və uzaqlaşdığı zaman isə, böyük ölçüdə zəifləyər. Bir çox insan necə düşündüklərini və hiss etdiklərini bu qədər asanlıqla, xüsusilə də beyinlərindəki şəkillərin xüsusiyyətlərini dəyişdirmək qədər sadə bir üsulla dəyişdirə biləcəklərini xəyal belə etməyiblər.

Əksəriyyət insan, geyimlərini, avtomobillərini hətta işlərini və yaşadıqları şəhərləri dəyişdirdiklərini xəyal edirlər amma əsla şüurlu bir şəkildə zehinlərini dəyişdirə biləcəklərini ağıllarına gətirmirlər.

Əgər müsbət xatirələri daha güclü hiss etmək istəsəniz, sadəcə onları zehin gözünüzdə daha yaxınınıza gətirin. Əgər sizə çətinlik verən xatirələrin gücünü zəiflətmək istəyirsinizsə, onları özünüzdən uzaqlaşdırmaq kafi olacaq.

Eyni metodu həyatınızın hər sahəsində tətbiq edə bilərsiniz. Əgər hazırda davam edən bir probleminiz varsa, sizin onu zehninizdə özünüzdən uzaqlaşdırma imkanınız vardır.

Uzaqdan baxdığınız zaman, zehninizdə "rahat bir nəfəs almağa" daha çox şansınız olar. Bu baxımdan baxaraq, sakitləşmə və mövzu haqqında daha aydın bir zehinlə düşünmə imkanınız olar. Demək olar ki, hamımız obyektiv duyğularla düşündüyümüz zaman özümüzü bağlanmış, qısılmış və təzyiq altında hiss etdiyimiz zamanlardakından daha yaxşı həll yolları taparıq.

Əgər həyatda əldə etmək istədiyiniz bir şey görsəniz, o zaman onu həyatınızın daha canlı və sizi özünə çəkən bir hissəsi etmək üçün görüntünü özünüzə yaxınlaşdıra bilərsiniz. Demək olar ki, bütün vizual metodlar xəyallarınızı və məqsədlərinizi ağlınızda tutmağınızın əhəmiyyətini təkrar təkrar vurğulayır.

Bəzi insanlar "O qədər da yaxşı vizuallaşdıra bilmirəm. NLP-ni yenə də istifadə edə bilərəm?" deyə soruşurlar. Cavab "Bəli"dir. NLP beş duyğunun hamısını istifadə edir: görmə, eşitmə, toxunma, dadbilmə və qoxubilmə. NLP araşdırmaları illər öncə, çox insanın beş duyğusundan birini digərlərinə nisbətdə daha yaxşı inkişaf etdirdiyini təsbit edib. 

İndi diqqətimizi NLP-nin künc daşlarından biri olan və eşitmə duyğunuzu hərəkətə keçirən dilə yönəldək. Demək olar ki, hər söhbətdə insanların "narahat olma" və ya "Ağlına bu tip şeylər gətirmə" kimi sözlər sərf etdiyini eşidərsiniz. Dayanın və bunu bir an düşünün. Əgər sizə "Böyük qara ayını düşünmə" deyilirsə, ağılınıza gələn ilk şey nədir? Eşitdiyiniz şeyə baxmayaraq, özünüzü böyük qara ayını düşünərkən taparsınız. Sizə "Bu problemi çox düşünmə" deyildiyi zaman da, eyni şey olur. Beyinlərimiz mənfi dilə necə məna verəcəklərini bilməzlər. Nəyi düşünməyəcəklərini anlamaq üçün beyinlərimiz əvvəl onu düşünmək məcburiyyətindədir.

Hamımız bizə kömək göstərməyə çalışdıqları zaman nə etməməyimizi söyləyən insanlar tanıyırıq. Bilmədən diqqətimizi yönəltməyimizi istəmədikləri istiqamətə yönəldərlər. Sadə bir misal, "Həyəcanlanma"; "Axmaq olduğunu düşünmürəm." Və "İşdən qovula biləcəyini düşünmə belə."

Mənfi dildən istifadə etmək həmçinin, çoxumuzun öz-özümüzə etdiyi bir şeydir. "Bu mövzunu düşünməyəcəyəm" deyərik və düşünürük. Çoxumuza tanış gələcək digər başqa nümunələr: "Bir daha etməyəcəyəm"; "Məni dəli etmə" və "Yatmadan əvvəl şirin yemə." Nə etmək istəmədiyimizi düşünməyə meyl göstərir və sonra da gedər onu edərik.

"Neyro Linqvistik Proqramlaşdırma"nın proqramlaşdırma qisimi bu andakı düşüncələrimizi yəni proqramlarımızı, olduqları vəziyyətdən olmalarını istədiyimiz hala gətirə biləcəyimiz mənasına gəlir.

NLP ilə mənfi düşüncələrimizi alıb müsbət bir şəkildə ifadə edə bilərik. Məsələn, nəyi istəmədiyimizi söyləmək yerinə, nəyi istədiyimizi söyləyə bilərik. Yoxlayın. Öz özünüzə təkrarladığınız mənfi bir ifadəni ağılınıza gətirin və indi onu müsbət bir ifadəyə çevirməyə çalışın. Məsələn, özünüzə "Narahat olma" söyləmək yerinə, "Fürsətlər qarşısında oyaq ol" deyin. Bu yalnız özünüzü daha yaxşı hiss etdirməklə qalmayacaq, beyninizi başqa bir istiqamətə yönləndirər və reallaşmasını istədiyiniz müsbət şeylərə diqqət cəmləyərək arzuladığınız şeylərə çatmağınız üçün bir vasitə olar.

Yalnız bu məqalədə yer alan üç sadə və sürətli NLP tapşırığını həyata keçirsəniz, NLP-dən daha çox müsbət və müvəffəqiyyətli davranışı həyatınıza daxil etmək üçün istifadə edə biləcəyinizi başa düşərsiniz.

Öncə, nə etmək istədiyinizi və nə düşündüyünüzü müsbət ifadələrə çevirin.

İkinci olaraq, cazibədarlıqlarını artırmaq üçün etmək istədiyiniz şeyin zehninizdəki parlaqlığını artırın.

Üçüncü olaraq da, özünüzü bu müvəffəqiyyətli davranışlarla "əlaqəli" hala salın və zehninizdə sınaqlarını edin ki, gerçəyini edərkən sizə təbii gəlsinlər.

Bu addım-addım açıqlama yanaşması NLP-nin fərqli bir xüsusiyyətidir. Dəyişməyə praktik bir yanaşma gətirən NLP fərdi dəyişikliyin necə həyata keçirilə biləcəyinə aydınlıq gətirən bir texnologiyadır.

ŞƏRH YAZIN