Özünüzlə Necə Ünsiyyət Qura Bilirsiniz?

0
2250
Özünüzlə Necə Ünsiyyət Qura Bilirsiniz?

 Özünüzlə ünsiyyətiniz necədir? Daxili dünyanızda nələr baş verir? İstəyirsinizsə, daxilinizə belə bir səfər edək.


Xatırlayırsınızsa, uşaq ikən öz-özümüzlə danışardıq. Ətrafı önəmsəməzdik, bütün səmimiyyətimizlə nə düşünürdüksə, onu söyləyərdik; səhv bilməzdik, müvəffəqiyyətsizliyi, lağ etməyi ya da niyə etdiyimizi bilmədən sadəcə danışardıq. Zaman keçib böyüməyə başlayınca, xaricimizdən daha çox daxilimizlə danışmağa başladıq. Bu danışıqda dodaqlarımız oynamır amma daxili səsimiz bədənimizdən çıxmadan, beynimizin içində öz-özünə davamlı nə isə söyləyir. Bir an dayanın və daxili səsinizə diqqət edin. Səs tonunuz necədir? Kimdənsə ya nədənsə incimisiniz yoxsa hüzurlusunuz? Daxili səsinizin tonu necədir; yüksək, batıq; uzaqdan yoxsa yaxından gəlir? Beyninizdə sizdən başqaları da var? Onlarla necə danışırsınız; əsəbi yoxsa sakit? Kim bilir bəlkə də, gündəlik hadisələri düşünürsünüz, gələcəyi, sevdiklərinizi, problemlərinizi... Burada uşaqdan fərqimiz özümüzlə davamlı dodaqlarımız oynamadan danışmağımızdır. Çox vaxt da buna düşüncə, daxilimizdəki səsə də daxili səs deyərik. 

Bəs hisslərimiz? Bir şey etmək istədiyimiz zaman içimizdən bir səs xeyr deyərsə? Daxilinizdən gələn səsi dinləməyib, xəyalınız suya düşdüyü zaman "Mən bilirdim"lərdən nə xəbər var? Əlaqəyə girdiyiniz insanlardan bəziləri nə qədər şirin görünsə də, onlara qanınız qaynamaz və siz bilirsiniz ki, onlarla məsafəli olmaq lazımdır.

Bəzən də bunun tərsi olur. Daxilinizdən bir səs "bunu et, onu söylə" deyərkən, digər tərəf "xeyr, indi burada olmaz, sonra nə deyərlər?" kimi şeylər söyləyincə daxili söhbətlər başlayır. Qanımızın qaynadığı birinə daha əvvəl "ağzımız yandığı" üçün məsafəli davranarıq. 

Gec saatlara qədər əylənərək, spirt, siqaret alaraq və həddindən artıq dərəcədə bədəni yoraraq keçən gecələr sonra xəstəliklər və peşmanlıqlar olaraq bizə geri dönər. Bəzən zərurətlər də eyni rolu alır. Bədənə gərəksiz yerə yüklənmək, dayanmaq bilməyən templi iş saatları insanı əldən salar.

Əgər sağlamlığınız pozulsa, həyatda nə qədər müvəffəqiyyətli olduğunuzun əhəmiyyəti qalmayacaq. Əgər, müvəffəqiyyət özü ilə xoşbəxtliyi də gətirmirsə, o müvəffəqiyyət xarici müvəffəqiyyət olaraq qalacaq. Bədəninizdən, ayrı bir teldən çalacaq ruhunuz beyninizin içinə girməyəcək; siz daxili dünyanızda bədbəxt amma bəlkə də xaricdə müvəffəqiyyətli olaraq qəbul edilən biri olacaqsınız. NLP-də ahəng insanın özü ilə başlayır. Öz daxili ilə uyğunlaşmayan biri başqaları ilə də uyğunlaşma bilməz.

Təyinatla bir kənddən digərinə göndərilən müəllimə yolda fasilə vermək istəyir. O vaxt kəndlilər əkin biçinlə məşğul idi. Onların yanına yaxınlaşaraq, bir az su istəyir və kəndlilər də ona su verirlər. Müəllim suyu içdikdən sonra yaşlı və ərdəmli bir kəndli soruşur:

- Övladım haradan gəlib hara gedirsən?

- Yuxarıdakı kənddən aşağıdakı kəndə təyin olundum. Yeni kəndimə gedirəm.

Bu dəfə müəllim soruşur:

- Aşağı kəndin insanları necədir? Yaxşı düşünürlər? 

- Hələ sən bir gəldiyin yerdən danış, orada insanlar necədir? deyir kəndli.

- Vallahi, onlar haqqında elə də yaxşı sözlər deyə bilməyəcəm. Son dərəcə pis xasiyyətli, qısqancdılar. Orada insanlıq ölüb, kimsə kimsənin vecinə deyil. Başa düşəcəyiniz qədər, xoşbəxt ola bilmədim.

- Gedəcəyin yer də gəldiyin yerdən fərqli deyil, deyər kəndli.

Müəllim vidalaşıb yoluna davam edər.

Xeyli sonra yenə başqa bir müəllim eyni yerdə fasilə verir və kəndlilərə yanaşıb bir az su istəyir. Kəndlilər su verirlər, müəllim soruşur:

- Yuxarıdakı kəndin insanları necədir?

Yaşlı kəndli müəllimə:

- Hələ sən bir gəldiyin yerdən danış, orada insanlar necədir?

- Çox yaxşı idilər. Cana yaxın, dürüst, istiqanlı və çalışqandılar. Onlarla uzun və xoşbəxt əlaqələrim oldu. Ayrılmaq istəmədim amma başqa yerə təyin olundum. Ona görə digər kəndə gedirəm.

Kəndli bir ədayla:

- Gedəcəyin yerində gəldiyin yerdən bir fərqi yoxdur, deyir.

Müəllim təşəkkür edər və kəndlilərlə vidalaşaraq yola qoyular.

ŞƏRH YAZIN