Mükəmməl Bir Ünsiyyət Üçün Yüksək Özgüvən Şərtdir

0
3633
Mükəmməl Bir Ünsiyyət Üçün Yüksək Özgüvən Şərtdir

Sağlam ünsiyyət qurmaq, mükəmməl bir ünsiyyəti təmin etmək üçün yüksək özünə inam şərt! İçinə qapalı insanlara nəzərən cəmiyyət içində özünə inamı yaxşı olan insanların daha yaxşı ünsiyyət qurduğu aşkardır.

 
Yaxşı ünsiyyətin sirri özünə inam 
 
Necmettin Erbakan Universiteti Təhsil Fakültəsi müəllim Dos. Dr. Səlahəddin Avşaroğlu, ünsiyyətə təsir edən ən əhəmiyyətli ünsürlərin başında "güvən" duyğusunun gəldiyini, özünə inamı yüksək adamın, yaxşı ünsiyyət qurduğunu söylədi.Avşaroğlu, ünsiyyət üzərinə təcrübə və idarə qruplu bir iş gördüklərini söylədi. Sağlam bir ünsiyyət üçün insan əlaqələrinin nizamlı şəkildə qurulması lazım olduğunu ifadə edən Avşaroğlu, ictimai mühitin əsas ünsürünün insan əlaqələri olduğuna diqqəti çəkdi.İnsanlararası əlaqələr və təsirli ünsiyyət üçün özünü izah edə bilmənin çox əhəmiyyətli olduğuna toxunan Avşaroğlu, "Özünü açma;köhnədən başımızdan keçən hadisələri izah etmək və ya köçürmək deyil, içində olduğumuz zaman parçasında bir-birimizlə əlaqədar olan duyğu və düşüncələrimiz paylaşılıb şərh olunmalıdır" dedi.
 
Özünə inam əhəmiyyətlidir
 
İnsanların bir-birləriylə qurduqları əlaqələr içində duyğu və düşüncələrini paylaşdıqları nisbətdə özlərini açmış ola biləcəyini izah edən Avşaroğlu, bunları yazdı: 
 
"Ünsiyyətə təsir edən ən əhəmiyyətli ünsürlərin başında ‘güvən' duyğusu yatmaqdadır. Özünə inamı yüksək olan adam, yaxşı ünsiyyət qurur. Ünsiyyət qurmaqda çətinlik çəkən, özünə qapalı insanlarda isə ruhi problemlər ortaya çıxır. Güvən duyğusu çox erkən yaşlarda başlar və ana-ata tutumlarıyla ortaya çıxan əlaqələr üzərində təməli qoyulur. Özünü açma; fərdlərin özləri haqqındakı sirləri, xüsusi vəziyyətlərini hər qarşılaşdıqları adama izah etmələri mənasına gəlməz. Bizim işimizdə də bir qrup universitet şagirdindən məlumat toplanmış, bu məlumatlardan əldə edilən analizlər ilə təcrübə və idarə qrupları meydana gətirilmişdir."
 
Avşaroğlu, edilən özünü açma təhsil proqramlarıyla gənclərin özünü daha rahat açdıqlarının təsbit edildiyini ifadə etdi.
 
 
Tərcümə etdi: Bəsti Mehralıyeva
 
 
 
 
 

ŞƏRH YAZIN