Özünü Kəşf Etmək

0
3793
Özünü Kəşf Etmək

Özünü tapmaq, Özünü Kəşf Etmək, Özün olmaq məsələsində bir insanın özünü tapmaq üçün və qabiliyyətlərini kəşf etmək üçün nələr edə biləcəyi haqqında məlumat vermək istəyirik.

Özünü Kəşf Etmək Qazanılması Lazım Olan İlk İşdir!
 
Hər bir insan bu dünyaya misilsiz və fərqli istedadlarla gəlir. Həyat ona bu qabiliyyətlərini ortaya qoyma imkanı verməyə bilər.Ailə,ətraf,cəmiyyət buna mane ola bilər.İnsan qabiliyyətlərini kəşf etmədən qabiliyyətli olmadığı işlər görərək həyatını davam etdirə bilər. Bu vəziyyət eynilə cücərməmiş və doğulmadan ölmüş bir toxuma bənzər. İnsan dünyaya hər kəsdən fərqli olaraq yaxşı işlər edə biləcəyi xüsusi istedadlarla gəlir. Hər bir insan xüsusi bir qabiliyyətə malikdir. Önəmli olan şey bu istedadı üzə çıxarmaqdır.
 
Çox yaxşı bir cərrah ola biləcəyi halda satıcı olan, çox yaxşı bir heykəltəraş ola biləcəyi halda taksi sürücülüyü edən minlərlə insan var.Dünyaya gələndən şair olan insan bir də baxmısınız ki əczaçı köməkçisi olub çıxmış.
 
Heç kəs istedadlarınızla və onları meydana çıxartmaqla məşğul olmaz. Hətta müəyyən bir istedadınız varsa, ətrafdakılar onu qısqana bilərlər. Halbuki ətrafdakı insanların da bir neçə  xüsusi istedadları vardır.
 
İstedadımı Necə Kəşf Edəcəm?
 
Burada yeganə meyar budur: Edərkən böyük bir həzz aldığınız və heç yorulmadan sıxılmadan gördüyünüz iş sizin istedadlı olduğunuz işdir. Məsələn, heç sıxılmadan yazı yaza bilirsinizsə siz anadangəlmə mükəmməl bir yazıçısız.Evdə məhz gedərkən oturarkən daima ağlınıza gözəl misralar gəlirsə siz şair ruhlu birisinizdir. Bu qabiliyyətinizin üzərinə gedin və onu ortaya çıxarın.
 
Oxuduğum uğur hekayələrinin demək olar ki, hamısında; ən zirvəyə çıxmış insanların sevdikləri və istedadlı olduqları işi seçmələri səbəbindən zirvəyə çıxdıqlarını görürəm. Etməkdən heç vaxt sıxılmadığınız bir iş varsa o iş sizin üçün ən müvəffəqiyyətli olacağınız işdir. Böyük uğurlar əldə etmiş bir iş adamına necə bu qədər uğurlu olduğu soruşanda o əslində iş görmədiyini yalnız ən sevdiyi şeylə məşğul olduğunu və uğurun öz özünə gəldiyini bildirir...Əlbəttə, bu uğurun ilk şərti insanın özünü kəşf etmək üçün iç dünyasına yaxşıca baxmasıdır.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN