Bunlar Ağıllı Olduğunuzu Göstərir

0
8834
Bunlar Ağıllı Olduğunuzu Göstərir

Fərqində olmasanız da, etdiyiniz bir çox hərəkətlər sizin ağıllı olduğunuza işarədir. 

Məsələn, özünüzə çox təzyiq edirsiniz;
Əslində bir çox şeyi anlamaq sizin üçün elə də çətin deyil. Ancaq qarşınıza ağlınıza gəlməyən, tam qavraya bilmədiyiniz bir şey çıxdıqda ondan əsla əl çəkməzsiniz. O mövzunu, o anlayışı, o faktı anlayana qədər özünüzü məcbur edirsiniz. Təslim olmaq sizə görə deyil.

Ətrafınızda olub bitəndən xəbərdarsınız;
Çevrənizdən ayrılmış biri deyilsiniz. Ailənizdən — məhəllənizə, məktəbinizdən — ölkənizə, dünyada olub bitən hər şeydən xəbəriniz vardır. Yaşadığınız dünyada olub bitənlər sizin üçün olduqca vacibdir və buna bütün diqqətinizi ayırırsınız.

Başqalarının xətalarını izləmirsiniz;
İnsanların müsbət tərəflərinə nəzər yetirirsiniz. Başqa insanların xətalarını görüb, bunları onların üzünə vurmaq çox asandır. Ancaq siz qətiyyən belə insanlardan deyilsiniz. Sizin üçün əsas olan insanların müsbət tərəfləridir, bunları görüb təşviq etməkdə heç çətinlik çəkmirsiniz. Onsuz heç bir zaman asan olan yolla getmədiniz ki..

Səhv anlaşıldığınız zamanlar çoxdur;
Çünki fərqli və qarmaqarışıq düşünürsünüz. Sizə sadə gələn bir şeyi başqalarına söylədiyinizdə tərəddüd edirlər. Məsələn, incə zarafatlarınız layiq olduğu münasibəti görmür, çünki anlamırlar.

Ağıllı dostlarınız var;
"Mənə dostunu göstər, kim olduğunu deyim" sözü əsl sizin üçün deyilmişdir. Seçdiyiniz dostlarınız ağıllı, özünü tanıyan, sizi əks etdirən insanlardır.

Edə biləcəkləriniz haqda yüksək fikirdəsiniz;
Ağıllı olduğunuzu özlüyünüzdə bilirsiniz və bu da edə biləcəkləriniz haqqında yüksək fikirlərinizi artırır. Ətrafınız kimi özünüz də bunun fərqindəsiniz.

Bir nəticəyə çatmaq üçün tələsmirsiniz;
Hadisələrə fərqli yönlərdən baxaraq artıqları və əskikləri görə bilirsiniz. Hər kəs üçün xeyirli olacaq qərarı vermək mövzusunda tələsmirsiniz. 

Deyəcəyiniz sözləri diqqətlə seçirsiniz;
Hədər danışmaq əsla sizə görə deyil. Danışarkən seçdiyiniz kəlmələrə, izah etmə üsulunuza diqqət edirsiniz. Bu, insanları terminlərə, bəzəkli kəlmələrə tutduğunuz mənasına gəlmir. Sadə və anlaşılan dildə danışırsınız.

Problemlə üzləşəndə diqqətinizi cəmləyirsiniz;
Bilirsiniz ki, problemin həlli yolları problemlərdən çoxdur. Oturub dərd çəkmək, ağlayıb-sızlamaq yerinə dərhal problemin həlli yollarını axtarırsınız.

Zamanın qiymətini bilirsiniz;
Sizin üçün boş zaman deyilən bir şey yoxdur. Həyatdakı hər saatı, hər dəqiqəni necə dolduracağınızı çox yaxşı bilirsiniz.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN